334
lər. Nefrotik sindrom ilə müşayiət olunan xroniki nefrit xüsusi bir
forma təşkil edir.
Remissiya dövründə olan xroniki nefrit zamanı ödemlər, arterial hi-
pertenziya, xroniki böyrək çatışmazlığı və sidiyin müayinəsində bö-
yük dəyişikliklər olmadıqda 7 pəhriz stolu, xörək duzunun gündəlik
qəbulu bir qədər azaldılmaqla (6-10 q) təyin olunur. Ayda iki dəfə
yüngülləşdirmə günləri (karbohidratlar verilir, xörək duzu məhdudlaş-
dırılır) təyin olunur. Xəstəliyin kəskinləşməsi dövründə 7 a pəhrizə
keçilir, yüngülləşmə günləri (şəkər, düyü, kompot, meyvə, tərəvəz,
kartof) təyin edilir. Nefrotik sindrom və xroniki böyrək çatışmazlığı
zamanı xüsusi pəhrizdən istifadə olunur.
Dostları ilə paylaş: