Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə184/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   178   179   180   181   182   183   184   185   186
Giovanetti və b. (1963, 1964) tərkibində 18-25 q zülal, 2-5 q 
xörək duzu olan pəhriz tətbiq edilir. Xəstəyə tam zülalsız qida məh-
sulları təyin edilir və zülal ancaq yumurta ağı şəklində verilir. 


 
339
Polec (1966) kartof pəhrizini tövsiyə etdi – bura 1000 q kartof, 
120 q yağ, 50 q şəkər, 300 q meyvə-tərəvəz, 1.5 q metionin daxildir. 
Kartofda metionindən başqa bütün aminturşular olduğu üçün 
metionin ayrıca əlavə edilir. 
Ketosteril əvəzolunmayan aminturşulardan ibarət tabletlər forma-
sında (hər 1 kq xəstənin bədən çəkisinə 1 l/gün olmaqla) dərman va-
sitəsi kimi zülalsız pəhrizdə olan xəstələrə verilir. 
Bu pəhrizlər zamanı  xəstələrdə ödem, arterial hipertenziya, ürək 
çatışmazlığı olmadıqda xörək duzu və qəbul olunan mayenin miqdarı 
məhdudlaşdırılmır. Əksinə, diurezi artırmaq məqsədi ilə lazımi qədər 
maye qəbul olunur. 
Aşağıda nümunə üçün təqdim olunan pəhrizin bəzi xüsusiyyətləri 
verilir. 
Ümumi xarakteristika. Hiponatriumlu rasion, kimyəvi tərkibinə 
görə qiymətli, lazımi kolorajlı, zülallar əsasən bitki mənşəli olmalı 
(80%), purinlər və ekstraktiv maddələr maksimum kənar edilir. Bu 
məqsədlə  pəhrizdə  ət məmulatları  və balıq məhdudlaşdırılır, kon-
servlər, çətinəriyən heyvan yağları qadağan edilir. 
Kulinar hazırlanma. Bütün xörəklər duzsuz hazırlanır, qaynadılır 
və ya sonra bir az qızardılır.  
Energetik qiyməti və kimyəvi tərkibi: zülal – 70 q, yağlar – 95 q, 
karbohidratlar – 470 q, kalori – 3000 kkal. 
Qidalanma rejimi. Hissə-hissə, gündə 6 dəfə, eyni vaxtda, ərzaq 
məhsulları bərabər miqdarda paylanır. 
Tövsiyə olunan yeməklər və məhsullar. Ağ çörək, peçenye, bulka, 
suxarı və başqa un məmulatları. 
Suplar – vegetarian, müxtəlif tərəvəzlərdən hazırlanmaqla, borş-
lar, şi, dogramac, meyvə supları. 
Tərəvəzdən hazırlanan yeməklər və qarnirlər: kartof, kələm, yer-
kökü, gül kələmi, çuğundur, xiyar, pomidor, sogan, balqabaq, noxud, 
badımcan, kahı, göyərti – təbii halda, bişirmək və sonra qızartmaq. 
Tərəvəz salatları, tutmasız vineqret. Tərəvəzdən hazırlanmış kotlet-
lər, ruletlər, pudinqlər və s. 


 
340
Undan, krupadan, makarondan hazırlanmış yeməklər: piroq, bli-
nilər, oladi, sıyıq, plov, dolma, farşlanmış pomidor, badımcan, bibər, 
vermeşel, kərə yağı və pendirlə. 
Yumurta: gün ərzində ½ - 1 ədəd. 
Süd və süd məhsulları:  məhdudlaşdırılır, dovğa, duzsuz pendir
kəsmik, xama istifadə edilir. 
Meyvə, giləmeyvə,  şirin yeməklər,  şirniyyat: bütün növ və 
formada meyvə  və  tərəvəzlər. Müxtəlif  şirələr, kompotlar, kisellər, 
musslar. Mürəbbə və bal. 
İçkilər: Açıq çay və kofe, itburnu bişməsi, qələvi mineral sular. 
Souslar və ədviyyat: süddə, xamada, suda ağ sous. 
Yağlar: kərə yağı və bitki yağları. 
Nümunə üçün menyu 
 
Yeməyin adı                           Çıxış           Zülal         Yağ       Karbohidrat 
Səhər yeməyi 
1. Yulaf sıyığı, südlü, duzsuz    300        9.7           12.2           42.5 
2. Həftəbecər, duzsuz                230          3.3           10.7           18.1 
3. Çay, limon ilə                         200          -               -                 - 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin