337
-
kartof, tərəvəz;
-
meyvə, giləmeyvə, tərəvəz şirələri.
Xroniki böyrək çatışmazlığı. XBÇ zamanı pəhriz xəstələrin hə-
yatının qorunmasına, iş qabiliyyətinin saxlanmasına və böyrək funk-
siyasının proqressiv pisləşməsinin qarşısının alınmasına yönəldilmə-
lidir. Bu məqsədlərə çatmaq üçün əsas etibarilə azzülallı yüksəkkalo-
rili (karbohidratların və yağların hesabına) pəhriz tətbiq edilir.
XBÇ zamanı tətbiq olunan pəhriz aşağıdakı tələblərə cavab ver-
məlidir:
1. Pəhriz orqanizmdə zülal katabolitlərinin səviyyəsinin aşağı
salınmasına xidmət etməklə orqanizmin öz zülallarının
parçalanma-
sına yol verməməlidir. Bu gün ərzində bədənə daxil olan zülalların
miqdarının, bitki zülalları hesabına, 20-40 q-a qədər azaltmaqla eyni
zamanda tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular
olan heyvani zülalların istifadəsi hesabına əldə olunur. Əvəzolunan
aminturşular orqanizmdə sintez oluna bilirlər. Amma əvəzolunma-
yan aminturşular insan bədənində sintez
oluna bilmədikləri üçün on-
lar orqanizmə ancaq hazır vəziyyətdə daxil olmalıdırlar. BMT-nin
Beynəlxalq qidalanma təşkilatının tövsiyələrinə görə əvəzolunmayan
aminturşulara tələbat gün ərzində: izoleysin – 1 q, leysin – 1,52 q,
valin – 1,12 q, metionin+sistin – 0,75 q, fenilalanin +tirozin – 1,61 q,
tireonin – 0,84 q, triptofan – 0,24 q, lizin – 1,33 q-a bərabərdir.
Ona görə pəhrizin zülal komponentini seçdikdə onun tərkibinə və
zülalın keyfiyyətinə diqqət yetirmək lazımdır. Təyin olunmuşdur ki,
yumurta ağının tərkibində bütün əvəzolunmayan aminturşular,
kartofun tərkibində isə metionindən
başqa bütün əvəzolunmayan
aminturşular vardır.
Xəstələrin zülal rasionunu təyin etmək üçün aşağıdakı qayda əsas
tutulur: 100 q zülal 35 q sidik cövhəri və ya 16 q karbamid azotu verir.
Belə ki, 1 q sidik ilə ekskressiya olunan karbamidə 3 q zülal düşür.
Misal üçün - xəstə gün ərzində sidik ilə 10 q karbamid xaric edirsə,
338
onun zülal rasionu gündə 30 q zülaldan ibarət olmalıdır və bu zaman
əvəzolunmayan aminturşuların miqdarı 5 q-dan az olmamalıdır.
2. Karbohidrat və yağların hesabına qidanın yüksək kolorajı təmin
olunmalıdır – 35-50 kkal/kq və ya 2500-3000 kkal/gün. Qida vita-
minlərlə zəngin olmalıdır ki, bədən zülalları parçalanmaqdan qorun-
sun və aminturşulardan zülal sintezi təmin olunsun. Karbohidratların
yaglara nisbəti 3 : 1 olmalıdır.
3. Xörək duzu pəhrizdən ya tam çıxarılır, yaxud məhdudlaşdırılır,
ödem və hipertenziya olduqda xörək duzunun qəbulu gün ərzində 4-
6 q-a qədər azaldılır. Əksinə natriumun itirildiyi
bəzi böyrək xəstə-
liklərində əksinə, xörək duzunun böyük miqdarı təyin olunur. Ümu-
miyyətlə ödemləri və hipertenziyası olmayan xəstələrə xörək duzu
məhdudlaşdırılmır. Qəbul olunan mayenin miqdarı əvvəlki gün ər-
zində ifraz olunan sidiyin miqdarı üzərinə 300-500 ml gəlməklə
təyin olunur. Xəstələrin bədən çəkisinin hər gün təyin olunmasının
böyük əhəmiyyəti vardır, çünki bu ödemlərin başlanmasını vaxtında
təyin etməyə imkan verir.
4. Böyük miqdarda meyvə və tərəvəz
istifadə olunur, onların zü-
lal, elektrolit, vitamin tərkibi nəzərə alınır. Kalium ilə zəngin olan
məhsullar – üzüm, kişmiş, banan, ərik, kartof istifadə olunduqda qan
plazmasındakı kaliumun səviyyəsi nəzarət olunmalıdır.
5. Böyrəkləri qıcıqlandıran maddələr və içkilər (alkoqol, azotlu,
ekstraktiv maddələr,
tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu
qəlyanaltılar) qadağan olunur.
6. Xəstələrin iştahasını yaxşılaşdırmaq üçün müvafiq kulinar işlə-
mələrdən istifadə olunur. Bu məqsədlə ədviyyatlar (dəfnə yarpağı,
darçın, mixək, sarıkök və s.) istifadə olunur.
Qida məhsullarında ən çox əhəmiyyət kəsb edən maddələrin miq-
darı cədvəl 23-də təqdim olunmuşdur.
Dostları ilə paylaş: