Həmid bəy Şahtaxtinski Azərbaycanda Xalq Cümhuriy ‑
yəti qurulduqdan və Müvəqqəti hökumət Tiflisdən Gəncəyə
köçdükdən sonra (16.06.1918) ölkənin
maarif və dini etiqad
naziri vəzifəsindən istefa verənədək (05.04.1920) Azərbayca ‑
nın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil
müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kənd lə ‑
rin də ana dilində məktəb və seminariyaların açılmasına böyük
əmək sərf edib. Azərbaycanın
ümumtəhsil məktəbləri üçün
milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi ter ‑
mi nologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri
olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Ko ‑
mis siyasının üzvü kimi də təhsil quruculuğu və əlifba isla ‑
hatları işinə əvəzsiz töhfələr verib.
Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək,
müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsə ‑
dilə Nazirlər Şurasının qərarı ilə 1919‑cu il avqustun 20‑dən
sentyabrın 1‑dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin
III qurultayına maarif nazirinin müavini Həmid bəy Şah tax ‑
tinski
rəhbərlik edib, qurultayda geniş nitq söyləyib.
Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təklif ‑
lər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məz ‑
mun ca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik
islahatı üzrə Dövlət Proqramı hazırlamaq məqsədilə 1919‑cu
il noyabrın 7‑də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy
Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılıb.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlan ‑
ması
işinə böyük töhfələr versə də, Aprel işğalı nəticəsində
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin
islahat proqramını axıradək reallaşdırmaq mümkün olmayıb.
Həmid bəy Şahtaxtinski bunlarla yanaşı, Bakı
Dövlət
Universitetinin yaradılmasında xüsusi xidmətlər göstərib,
universitetdə rus dili və ədəbiyyatından dərs deyib, bir müd ‑
dət prorektor kimi tədrisin təşkilinə böyük əmək sərf edib.
Sovet hakimiyyəti illərində
də Həmid bəy universitetdə
prorektor (1920–1925) kimi fəaliyyətini davam etdirib, Bakı
Xalq Maarifi şöbəsinin nəzdindəki ikiillik Müəllimlər İnstitu ‑
tunda dərs deyib. O, 1928‑ci ildə Tiflisdəki Zaqafqaziya Uni ‑
ver sitetinin tibb fakültəsini bitirib, Azərbaycan Tibb İnstitutun ‑
da (1930–1940) professor kimi çalışıb.
Həmid bəy əslən Şahtaxtı kəndindən olan xalası qızı Sə ‑
kinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Ley ‑
la, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı
yük sək
təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı,
Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.
Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski
so yadını daşıyan ziyalıların
özünəməxsus yeri və böyük
xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli
48
Dostları ilə paylaş: