Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə109/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   470
31 iyul 1949. "Rəqs müəllimi", Lope de Veqa. Tərcüməçi Rəsul Rza, quruluşçu rejissor 

Mehdi Məmmədov, rəssam Nüsrət Fətullayev, bəstəkar Qara Qarayev. Əsas rolları Barat 

Şəkinskaya (Florela), Əjdər Sultanov (Aldemaro), Fatma Qədri (Felisiana) və Məmmədəli Vəlixanlı 

(Belardo) oynayıblar. 



4 yanvar 1952. "Məzəli hadisə", Karlo Haldoni. Tərcüməçi Sabit Rəhman, quruluşçu 

rejissor Tofiq Kazımov, rəssam Bədurə Əfqanlı. Əsas rolları Mustafa Mərdanov (Filibert), Hökümə 

Qurbanova (Janniana) və Sidqi Ruhulla (Rikard) ifa ediblər. 

20 mart 1953. "Türkiyədə", Nazim Hikmət. Tərcüməçi Əkbər Babayev, quruluşçu rejissor 

Ədil  İsgəndərov, rəssamlar Nüsrət Fətullayev və  Bədurə  Əfqanlı, bəstəkar Cahangir Cahangirov. 

Tamaşada teatrın bütün aktyorları iştiran ediblər. 

22 oktyabr 1955. "Qış nağılı", Vilyam Şekspir. Tərcüməçi Tələt  Əyyubov, quruluşçu 

rejissor  Ələsgər  Şərifov, rəssam Nüsrət Fətullayev, bəstəkar Qara Qarayev. Hermiona rolunda 

Hökümə Qurbanova və Avtolik obrazında Məmmədəli Vəlixanlı böyük qələbələr əldə ediblər. 

Milli Dram Teatrı 1938-1960-cı illərdə öz fəaliyyətində  gənc  şair və nasirlərdən Səməd 

Vurğunu,  İmran Qasımovu, Sabit Rəhmanı, Mehdi Hüseyni, Ənvər Məmmədxanlmı, Süleyman 

Rüstəmi, Məmmədhüseyn Təhmasibi,  İlyas  Əfəndiyevi dramaturgiyaya şövqləndirib, onların 

əsərlərini səhnəyə gətirib. Həmçinin Zeynal Xəlilin "İntiqam" (1942) və "Qatır Məmməd" (1945), 

Səttar Axundovun "Zərif tellər" (1951), Rəsul Rzanın "Vəfa" (1943) və "Qardaşlar" (1956), Mir 

Cəlalın "Mirzə  Xəyal" (1943), İslam Səfərlinin "Göz həkimi" (1955), "Yadigar" (1956) və "Ana 

ürəyi" (1960), Adil Babayevin "Dağlar qızı" (1960) pyeslərinin tamaşalarını öz repertuarına dixil 

edib. 

Klassiklərimizdən Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948 və 1953), 



"Hacı Qara" (1955), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (1940) və "Hacı Qəmbər" (1955), 

Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950) və "Köhnə dudman" (1950), Cəlil 

Məmmədquluzadənin "Ölülər" (1948), Hüseyn Cavidin "Şeyx Sənan" (1956), Cəfər Cabbarlının 

"Aydın" (1940), "1905-ci ildə" (1944 və 1955), "Sevil" (1944 və 1952), "Yaşar" (1947), "Od gəlini" 

(1950), "Almaz" (1957) əsərləri yeni quruluşlarda oynanılıb. 

Bu dövrdə teatr tərcümə pyesləri əsasında da maraqlı tamaşalar hazırlayıb. Bunlardan Mixail 

Lermontovun "İki qardaş" (1941), Konstantin Simonovun "Vətən oğlu" ("Bizim şəhərli oğlan". 

1941), Tur qardaşlarının "Gizli döyüş" ("Təkbətək döyüş". 1944) və "Bir evin sirri" (1949), Ceyms 

Qou və Arno D'Nyussonun "Dərin köklər" (1948), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), 

Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (1948), Anatoli Boryanovun "O tayda" (1949), 

Boris Lavrenyovun "Amerikanın səsi" (1950), Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi". 

1951), Nikolay Qoqolun "Müfəttiş" (1952), Vadim Sobkonun "İkinci cəbhə arxasında" (1952), 

Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Lope de Veqanın "Seviliya ulduzu" (1953), 



Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Aleksandr 

Şteynin "Şəxsi iş" (1956), Vasili Şkvarkinin "Özgə uşağı" (1956), Nazim Hikinətin "Qəribə adam" 

(1956), Tsao Yuyun "Tufan" ("Tayfun". 1959), Anton Çexovun "Vanya dayı" (1959), Pavel 

Malyarevskinin "Daş qartal" (1959), Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (1959) 

əsərlərinin tamaşalarını gösfərmək olar. 

Teatrda gənc rejissorlar Əliheydər  Ələkbərov, Məcid Zeynalov, Şəmsi Bədəlbəyli, Səftər 

Turabov, Əşrəf Quliyev, Nəsir Sadıqzadə müstəqil quruluşlar verməyə başlayıblar. Gəncə teatrından 

gəlmiş Mehdi Məmmədov (1945) və Moskva da ali təhsil almış Tofiq Kazımov (1951) truppaya 

quruluşçu rejissor götürülüblər. 

Milli Dram Teatrı 1948-ci ildə Moskvada qastrolda olub və 1959-cu ildə Azərbaycan 

Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib. 

1948-ci il avqustun 20-dən sentyabrın 5-dək davam edən qastrolda Səməd Vurğunun 

"Vaqif",  Ənvər Məmmədxanlının "Şərqin səhəri", Cəfər Cabbarlının "1905-ci ildə", Vilyam 

Şekspirin "On ikinci gecə", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" və "Tufan" əsərlərinin 

tamaşaları göstərilib. 

Dekadanın (22-31 may) repertuarına isə "Otello", "Almaz", "Fərhad və Şirin", "İliç buxtası" 

(Cabbar Məcnunbəyov) tamaşaları daxil idi. 

1948-ci ildə  Mərziyə Davudova, Mirzağa  Əliyev və Sidqi Ruhulla, 1959-cu ildə  Ədil 

İsgəndərov SSRİ xalq artisti fəxri adları ilə təltif olunublar. 

 

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin