Teatr tariximizdə gözəlliyi, səhnə məlahəti həmişə yüksək qiymətləndirilən Leyla Ağalar qızı
mənbələrdə doğum tarixi 1923-cü il göstərib. Leyla xanım Bakıda 3 saylı Beynəlmiləl məktəbdə
oxuyandan dram dərnəyinin iştirakçısı olub. On dörd yaşından Azərbaycan Dövlət Filarmoniyasının
rəqs ansamblına üzv olub. Orta məktəbdə oxuya-oxuya rəqqasəlik edib, daha sonra Mahnı və Rəqs
Ansamblında solist işləyib. 1942-ci ildə "Səbuhi" filmində Tubu xanım roluna çəkilib.
16 oktyabr 1942-ci ildən teatrın baş rejissoru Ədil İsgəndərovun çağırışı ilə Milli Dram
Teatrına aktrisa götürülüb. 1975-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in nəzdində
yaradılan kino Aktyorları Teatrının bədii rəhbəri və aktrisası işləyib. Burada Qarsiya Lorkanın
"Qanlı toy", Məmməd Muradın "Təkan" dramları və sair pyeslər tamaşaya hazırlanıb.
Leyla Bədirbəyli 1994-cü il mart ayının 3-də yenidən Milli Dram Teatrına gəlib və 1998-ci
Leyla xanım Milli Dram Teatrında yaradıcılığa Mirzə İbrahimovun "Həyat" dramının
tamaşasında Zəhra rolu ilə başlayıb. Tezliklə əsas rolların ifaçısına çevrilən aktrisa Məmməd Səid
Ordubadinin "Dumanlı Təbriz" (Dilrüba), Əbdürrəhin bəy Haqverdiyevin "Pəri cadu" (Pəri), "Köhnə
dudman" (Gül sənəm), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Dilarə), İlyas Əfəndiyevin "İşıqlı
yollar" (Lalə), "Atayevlər ailəsi" (Mehrican), "Mənim günahım" (Nurcahan), "Mahnı dağlarda
qaldı" (Fəxrəndə), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq yağmura düşdük" ("Hacı Qəmbər".
Cəvahir), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər), Sabit Rəhmanın "Toy" (Zinyət),
"Xoşbəxtlər" (İnci), "Əliqulu evlənir" (Qumral) "Yalan" (Şəlalə), Mirzə İbrahimovun "Yaxşı adam"
(Zəhra) "Kəndçi qızı" (Göyərçin), Hüseyn Cavidin "Şeyx Sənan” (Zəhra), İmran Qasımov və Həsən
Seyidbəylinin "Uzaq sahillərdə" (Anjelika), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Əntiqə), Mehdi
Hüseynin "Alov" (Rəfiqə), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Həyat), Cəfər Cabbarlının "Almaz"
(Almaz), "Solğun çiçəklər" (Sara), "Oqtay Eloğlu" (Firəngiz), "Od gəlini" (Solmaz), "Dönüş"
(Gülsabah), Səməd Vurğunun "Vaqif" (Gülnar və Xuraman), "Xanlar" (Mehriban), Mirzə Fətəli
Axundzadənin "Lənkəran xanının vəziri" (Nisə xanım), Vilyam Şekspirin "On ikinci gecə"
(Oliviya), "Otello" (Dezdemona), "Qış nağılı" (Perdita), Bernard Şounun "Şeytanın şagirdi" (Cudit),
Lev Tolstoyun "Canlı meyit" (Luiza) pyeslərinin tamaşalarında iştirak edib.
Leyla Bədirbəyli bədii filmlərdən "Arşın mal alan"da Gülçöhrə, "Fətəli xan"da Tuti Bikə,
"Koroğlu"da Nigar, "Onun böyük ürəyi"ndə Xalidə, "Görüş"də Bilqeyis, "Kölgələr sürünür"də
Leyla, "Dəli Kür"də Zərnigar, "Dərviş Parisi dağıdır"da Şəhrəbanu xanım rollarına və sairə ekran
obrazlarına çəkilib.
Leyla xanım 1946-cı ildə "Arşın mal alan" filmindəki Gülçöhrə roluna görə Stalin mükafatı,
1972-ci ildə isə "Mahnı dağlarda qaldı" tamaşasında oynadığı Fəxrəndə xanım obrazına görə
Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunub. 21 iyul 1949-cu ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 10 iyun 1959-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Leyla Bədirbəyli dramatik aktrisadır. Müxtəlif janrlı tamaşalarda çıxış etsə də, oynadığı
obrazın bədii tutumunu dramatik zəmində kökləyib. İfasında sadə və əsasən, realist boyalara
üstünlük verib. Səhnədə ciddi, bir qədər romantik, bəzən melodramatik obrazları oynamaqda daha
səriştəli idi.
Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: