Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏLIAGA AĞAYEV (22.3.1913-3.11.1983)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə159/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   470
 

ƏLIAGA AĞAYEV (22.3.1913-3.11.1983) 

 

Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə  hər tamaşada ilk 



gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə 

tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən 

yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri 

zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə  gəmi 

çilingəri işləyib. 

Bəm və  şirin zümzüməli səslə  işdə  də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə 

yazılıb.  İlk rolu Mirzə  Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır.  Əliağa 

Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə 

daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının 

tamaşasında Dlk rolunda çıxıb. 

Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən  Əliağa Ağayevə 

tədricən repertuarın  əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların 

əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb. 

Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı 

ilə respublikadan kənarda da şöhrətlənən  Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli 

Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə 

düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır. 

İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey 

Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən 

ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və 

"Fırtına", Vilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek 

("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan 

Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi... sevgi...", Emil Braginski və 

Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı   

("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla 



Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli 

("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), 

Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit 

Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı  Əbdüləzim ("Dəli yığıncağı", Cəlil 

Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ 

qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) ... rollarında çıxış edib. 

Əliağa Ağayev kinoda Məşədi  İbaddan  əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi 

irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), 

"Bir məhəlləli iki oğlan" (Feyzi), "İstintaq davam edir" (Kişi) və digər filmlərdə yaddaqalan epizod 

surətlərə də çəkilib. 

Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri 

saxlanır. 

Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın 

əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Səhnə görkəmicə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, 

danışığında duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra 

onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. 

Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə  də komizmi zahiri 

əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə  tərzində canlandırmağa üstünlük 

verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin 

məntiqi ahəngdarlığına çalışırdı. 

Həyatda da şuxluğu xoşlayan  Əliağa Ağayev 3 noyabr 1983-cü ildə  pərəstişkarları  və 

dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin