Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


NƏCİBƏ MƏLİKOVA (25.10.1921-6.7.1992)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə160/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   470
 

NƏCİBƏ MƏLİKOVA (25.10.1921-6.7.1992) 

 

İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan 



Nəcibə Haşım qızı  Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.  İlk 

təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinifini bitirib 

(1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada 

çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 

1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında 

epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda 

işləyib. 

Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, 

dram  əsərlərində  və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" 

(Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər 

Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə  İbrahimovun 

"Həyat" (Atlas), İlyas  Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə  oğlan" (Məlahət), Nəbi 

Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), 

Maqsud  İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" 

(Yasəmən), "Küləklər" (Firuzə),  Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə 

İbrahimovun "Kəndçi qızı" (Ayxanım), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə 

xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin 

"Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim 

Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin 

arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr 




Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın 

"Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. 

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, 

"Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının 

ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. 

Nəcibə  Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli 

qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah 

insanların köməyi ilə  mətanətini qoruyub saxlayan personajları  uğurla oynayırdı. Aktrisanın 

yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi. 

Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 

1974-cü ildə xalq artisti fəxri adlarını alıb. 

Bakıda 6 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin