Romantik faciə rolları. Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar),
"Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona),
Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm),
Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu
bölümə aiddir.
Realist faciə rolları. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd
Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli
Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib.
Dostları ilə paylaş: |