Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy
Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci
gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), Nataşa ("Şərqin
səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona
("Qış nağılı", Vilyam Şekspir) obrazlarının ifası daxildir.
Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə
nəzərlərimiz önünə ilkin Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral
("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov), Məhmənə banu ("Məhəbbət əfsanəsi", Nazim
Hikmət), Nataşa ("Mühəndis Sergeyev", Vsevolod Rokk), Sevgili ("Ana ürəyi", İslam Səfərli),
Gülara, Sürəyya ("İşıqlı yollar" və "İntizar", İlyas Əfəndiyev. Qeyd: Əfəndiyev ikinci əsəri Mehdi
Hüseynlə birgə yazıb), Yeva Qrant ("Bir evin sirri", Tur qardaşları), jsfərgiz ("Aslan yatağı",
Məmmədhüseyn Təhmasib), Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar",
Rəsul Rza) obrazları canlanır.
Dostları ilə paylaş: |