"Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo
Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli
Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma"
satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.
Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə"
filmində Leyla, "Onu bağışlamaq
olarını?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da
Ana rollarına çəkilib.
Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış
aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-
cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə
SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: