Zemfira Nərimanova
Müxtəlif səpkili rollarda oynasada, lirik və dramatik-psixoloji obrazlarda daha səriştəli
görünür. Zemfira Əli qızı Nərimanova 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1980-ci ildə
ADİİ-nin dram və kino aktyorluğu fakültəsini bitirib və avqust ayının 26-da Akademik teatrın
ştatına götürülüb. Azərbaycanın xalq artistdir (28 oktyabr 2000).
Sofi ("Yad adam", Leonqard Frank), Kleopatra ("Kölgələrin oyunu", Yuri Edlis), Paolina
("Kəllə", Nazim Hikmət), Mariya ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Arzu ("Kimdir haqlı?",
Bəxtiyar Vahabzadə), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Çıçək ("Torpağa sancılan
qılınc", Nəbi Xəzri), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Züleyxa
("Ah, Paris... Paris!..", Elçin), Kama ("Kərgədan buynuzu", Maqsud İbrahimbəyov) aktrisanın daha
canlı və təravətli rollarıdır.
Dostları ilə paylaş: |