İlham Namiq Kamal
Yüksək səhnə mədəniyyətinə malik komedıya aktyorudur, lakin dramatik rollar da oynayıb.
İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu il yanvar ayının 9-da Bakıda anadan olub. ADİİ-nin
dram və kino aktyorluğu fakültəsini bitirib (1970). 1972-ci il fevral ayının 3-də Akademik teatrın
aktyor ştatına götürülüb. Özünün "İlham" miniatür teatrı var və bununla əlaqədar olaraq bir müddət
(1993-1998) kollektivdən ayrılıb. Respublikanın xalq artistidir (24 dekabr 2002).
Aktyorun çoxsaylı rollarının sırasında Təlxək ("Vaqif", Səməd Vurğun), Firuz, Lağlağı
("Şəhərin yay günləri" və "Sizi deyib gəlmişəm", Anar), Müsyö Jordan ("Müsyö Jordan və dərviş
Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Mədinə "Dəli yıgıncağı" ), Adrian ("Fırtına", Vilyam
Şekspir), Mattias ("Üç quruşluq opera", Bertolt Brext və kurt Vayl), Bubnov ("Həyatın dibində",
Maksim Qorki), Feyzulla ("Quşu uçan budaqlar", Əkrəm Əylisli), Doktor Qaratay ("Afət", Hüseyn
Cavid) səhnə obrazları xüsusi yer tuturlar.
Ramız Novruz
Zahiri pafosdan və ritorikadan uzaq olmaga çalışır və lirik təmayüllü psıxolojı
rollarda daha çox uğur qazanır. Ramiz Qəvvam oğlu Novruzov 1955-ci il may ayının 25-də
Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. ADİİ-nin dram və kino aktyorluğu fakültəsini
bitirib. Əvvəl Sumqayıt teatrında işləyib və 16 may 1981-ci ildən AMDT-nin truppasındadır.
Respublikanın xalq artistidir (24 may 1998).
Əsas rolları: Qacar ("Vaqif", Səməd Vurğun), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Yaralı
zabit ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Rəbi, Surxay ("Od gəlini" və "Aydın", Cəfər
Cabbarlı), Cəmil, Məhəmməd Cuvarlı ("Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə
vüsalı", İlyas Əfəndiyev), Pompey ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Edmund
("Kral Lir", Vilyam Şekspir), Nostradamus ("Hələ "sevirəm" deməmişdilər...", Ramiz Novruz).
Dostları ilə paylaş: |