Bəsti Cəfərova
Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri əsasında
formalaşıb. Bəsti Əli qızı Cəfərova 1959-cu il iyun ayının 13-də Bakıda doğulub. ADİİ-nin dram və
kino aktyorluğu fakültəsini bitirib (1980). Son kursda Akademik teatrda Səltənət ("Quşu uçan
budaqlar", Əkrəm Əylisli) rolunu oynayıb və 1980-ci il avqust ayının 26-dan truppanın aktrisasıdır.
Azərbaycanın xalq artistidir (24 may 1998).
Aktrisa teatrda oynadığı Luiza Bruk ("Səhra yuxuları", Anar), Pakizə ("Mirzə Şəfi Vazeh",
Nəbi Xəzri), Lalə, Ağabəyim ağa ("Büllur sarayda" və "Hökmdar və qızı", İlyas Əfəndiyev),
Gülbahar ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Afət ("Afət", Hüseyn Cavid), Ədilə ("Poçt
şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", Jan Rasin), Qonorilya ("Kral Lir", Vilyam Şekspir)
rollarında öz istedadının səviyyəsini göstərə bilib.
Dostları ilə paylaş: |