1988, 24 sentyabr. "Qanlı Nigar", Sadıq Şendil. Tərcümə edəni və quruluşçu rejissoru
Vaqif İbrahimoğlu, rəssam Tərlan Qorçu. Məsxərəli sosial satira janrında hazırlanmış şən və oynaq
tamaşada daha şux ifalar Yaşar Nuriyevə (Abdi), Amaliya Pənahovaya (Nigar), Firəngiz
Mütəllimovaya (Nədidə), Telman Adıgözəlova (Laz), Bəsti Cəfərovaya (Bədidə), Mahir
Mirzəliyevə (İstinyeli) məxsus idi.
1989, 30 sentyabr. "Gecə döyülən qapılar", Nəbi Xəzri. Quruluşçu rejissor Mərahim
Fərzəlibəyov, rəssam Rafis İsmayılov, bəstəkar Eldar Mansurov. Amaliya Pənahova (Mehri ana),
Füzuli Hüseynov (Səfər), İftixar Piriyev (Xəzər), Sevil Abbasova (Əsınər), Əminə Babayeva (Nisə
arvad) tamaşada maraqlı oyun nümayiş etdirirdilər.
Dostları ilə paylaş: |