1999, 16 oktyabr. "Diaqnoz "D" ("Mənim ərim dəlidir"), Elçin. Quruluşçu rejissor Azər
Paşa Nemət, rəssam Elçin Məmmədov. Səyavuş Aslan (kişi), Firəngiz Mütəllimova (Arvad),
Telman Adıgözəlov (Professor), Məsmə Aslanqızı (Falçı Ağabacı), Cəfər Namiq Kamal (Dost),
Zemfira Nərimanova (Xanım) tamaşanın janr və üslubunun tələb etdiyi oyun prinsiplərini məharətlə
duyub canlandırırdılar.
1999, 13 noyabr. "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə. Quruluşçu rejissor
Vaqif İbrahimoğlu, rəssam Rəşid Şerif, bəstəkar Səyavuş Kərimi. Rejissor tamaşanın əsas
obrazlarını Cəfər Namiq Kamala (Mirzə Həbib), İlham Namiq Kamala (Xan), Sənubər
İsgəndərovaya (Nisə xanım), Zemfira Nərimanovaya (Şölə xanım), Laləzar Mustafayevaya (Ziba
xanım), Zərnigar Ağakişiyevaya (Pəri xanım), Sabir Məmmədova (Teymur ağa), Aslan Şirinova
(Fərraş Heydər), Sevil Xəlilovaya (Xacə Məsud Qara), Məzahir Cəlilova (Hacı Salah) tapşırmışdı.
Dostları ilə paylaş: |