Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə210/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   470
 

MƏMMƏDTAĞI ƏLƏSGƏROV (1890-1918) 

 

Məmmədtağı Məşədi Həsən oğlu Ələsgərov Tiflisdə doğulub. Səhnəyə həvəskar aktyor kimi 



ilk dəfə 1905-ci ildə  çıxıb. Azərbaycan teatr həvəskarlarının cəm olduqları  "İttifaq" ("Müsəlman 


dram cəmiyyəti"), "İbrət" və  "İttihad" dəstələrində  həm aktyorluq edib, həm də rejissor kimi 

fəaliyyət göstərib, tamaşalar hazırlayıb. Özünün təşkilatçılıq bacarığı, işləmək ehtirası ilə seçilib. 

Məmmədtağı  Ələsgərov Tiflis Azərbaycan Teatrında dramatik, komik səciyyəli, faciə 

xarakterli rollar oynayıb. Əsas rolları: Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Kərəm 

("Qaçaq Kərəm", Vano Mçedaşvili), Zöhhak və Birinci zabit ("Dəmirçi Gavə",  Şəmsəddin Sani), 

Musa, Tavad Sereteli, Ələsgər ("Bəxtsiz cavan", "Ağa Məhəmməd  şah Qacar" və "Yeyərsən qaz 

ətini, görərsən ləzzətini",  Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo ("Otello", Vilyam Şekspir), 

Kərim ("Qan ocağı", Rəşid bəy  Əfəndiyev), Süleyman və  Əsgər, Rüstəm bəy ("Arşın mal alan", 

"Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Hüseyn Ovni Paşa ("Sultan Əbdüləziz, yaxud Osmanlı 

inqilabı", Mehdi bəy Hacınski), Rüstəm ("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə), Şatilyon 

("Sultan Osman", Mari Fransua Volter), Gürcü bəy, Bayraməli bəy və Nadir şah ("Nadir şah", 

Nəriman Nərimanov),  Əbu Dəyyab və Birinci ərəb ("Əmir  Əbül Üla", Hüseyn Bədrəddin və 

Məhəmməd Rüfət), Bayraməli, Əşrəf bəy ("Hacı Qəmbər" və "Ev tərbiyəsinin bir Şəkiİ", Nəcəf bəy 

Vəzirov). 

Tiflis teatrında Nəriman Nərimanovun "Nadir şah", Nəcəf bəy Vəzirovun "Hacı  Qəmbər", 

Vano Mçedaşvilinin "Qaçaq Kərəm",  Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Hacı 

Murad" ("Yeyərsən qaz ətini, görərsən ləzzətini"), Sultanməcid Qənizadənin "Xor-xor", "Dursunəli 

və ballıbadı", Rəşid bəy  Əfəndiyevnin "Qan ocağı", Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında 

cavan", Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" əsərlərinin quruluşçu rejissoru 

olub. 


Məmmədtağı  Ələsgərov 1917-ci ildə aktyor dostları ilə  Təbriz  şəhərində qastrolda olarkən 

xəstələnib. Teatr vurğunu həmin xəstəlikdən də dünyasını dəyişib. 

 

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin