Əhməd Salahlı
Yaradıcılığı Gəncə, AMDT və TİT ilə bağlıdır. Səhnəyə ilk dəfə 1911-cı ıldə
Tiflis şəhərində çıxıb. O vaxtdan 1921-ci ilə kimi "İttihad" və "İbrət" truppalarında, birləşmiş teatr
dəstəsində aktyorluq edib. Tiflis Azərbaycan teatrı dövlət statusu alandan sonra müəyyən dövrlərdə
(1922-1930 və 1941-1947) bu kollektivdə aktyorluq edib. Azərbaycan Respublikasının əməkdar
artisti (1940) olub.
Əhməd Salahlı Tiflis teatrında dram tamaşalarında Arif və İblis, Topal Teymur, Knyaz,
Platon, Əkrəm ("İblis", "Topal Teymur", "Knyaz", "Şeyx Sənan" və "Uçurum", Hüseyn Cavid),
Məsud ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Osip ("Müfəttiş", Nikolay
Qoqol), Vaqif ("Vaqif", Səməd Vurğun), Gündüz ("Qız qalası", Rza Şahvələd), De Ponti ("İki
yetimə", Adolf D'Enneri və Germon), Molla Abuş ("Kef içində", Böyükağa Talıblı), Şeyx
Əhməd və İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Balaş ("Sevil", Cəfər Cabbarlı), opera və
operetta əsərlərində Nofəl, Süleyman ("Leyli və Məcnun" və "Arşın mal alan", Üzeyir bəy
Hacıbəyov) rollarını oynayıb. O, Tiflis teatrında rejissorluqla da məşğul olub və "Arşın mal alan",
Etil Voyniçin "Ovod" ("Qan bayramı") əsərlərini, bir sıra digər pyesləri tamaşaya hazırlayıb.
* * *
Milli teatr tariximizin müstəvisində öz yeri olan Tiflis Azərbaycan Dövlət Dram Teatrının
həm həvəskar truppalardan ibarət olduğu dövrlərdə, həm də sonraki fəaliyyət illərində onun inkişaf
tarixinə görkəmli fədailərin adları yazılıb. Bunların arasında məşhur pedaqoq, müxtəlif teatr
dəstələrində aktyorluq və rejissorluq edən Eynalı bəy Sultanovun, təşkiİatçı və rejissor Əbdürrəhim
bəy Haqverdiyevin, teatrın tərəqqisinə əvəzsiz yardımlar göstərmiş Cəlil Məmmədquluzadənin,
Nəriman Nərimanovun, jurnalistlər Məmmədağa Şahtaxtlının (Şahtaxtinski), Əliqulu Qəmküsarın,
pedaqoq və dramaturq Rəşid bəy Əfəndiyevin, maarifpərvər ziyalılar Məmmədəli Sidqinin, Abdulla
Xəlilovun, Məmmədcəfər Cəfərovun, İbrahim bəy Zeynalovun, Şahhüseyn (Hüseyn) Minasazovun,
aktyorluğu peşə seçmiş, İsmayıl Əliyevin, Məmmədhüseyn Əliyevin, Əsgər İsmayılovun, Yunis
Nərimanovun, Əziz Bədəlovun, Hüseyn Çıldırovun, Cəlil Cəmilovun, Qasım Bayramovun,
Cahangir Həsənovun, Yəhya Məmmədovun, Həbib Köçərlinskinin, İsmayıl Həqqinin, Abbasəli
Kazımovun, Həsən Əhmədovun, Nadir İbrahimovun, Əlimirzə Nərimanovun, Əsgər Naxçıvanlının,
Haşım Haşımovun, Məmməd Ağalarovun, Kərim Kərimovun... səhnə fəaliyyətləri daha yaradıcı
olub.
Sonralar Bakıda aktyorluq və rejissorluq etmiş xalq artistləri Mustafa Mərdanovun, Rza
Təhmasibin, Möhsün Sənaninin, Əli Qurbanovun həvəskar truppanın peşəkarlığa doğru
addımlamasında səmərəli əməkləri olub.
Dostları ilə paylaş: |