Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə215/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   470
Abbas Qurbanov  

 

Tiflis Azərbaycan Dövlət Dram Teatrının peşəkar aktyorlarındandır. Teatr baglanana qədər 



onun səhnəsində çalışıb. Əməkdar artist idi. Sənət ocağının repertuarındakı əksər tamaşalarda iştirak 

edib. Məhərrəm  Əlizadə  və  Ağası  Məşədibəyovun "Toy kimindir?" (Qoşun), Məmməd Səid 

Ordubadi və Fikrət  Əmirovun "Ürəkçalanlar" (Quluş  bəy), Məmməd Səid Ordubadi və  Səid 

Rüstəmovun "Beş manatlıq gəlin" (Kərbəlayı Hüseynqulu), Üzeyir Bəy Hacıbəyovun "Arşın mal 

alan" (Vəli), Sabit Rəhmanın "Toy" (Kərəmov), "Xoşbəxtlər" (Bərbərzadə)  komediyalarında,   

Mehdi Hüseynin "Nizami" (Qivami), Səməd Vurğunun "Vaqif" (İbranım xan), Heydər İsmayılovun 

"Koroğlu" (Vəzir), Rza Şahvələdin "Qız qalası" (Toybəyi), Süleyman Rüstəmin "Qaçaq Nəbi", 

(Koxa), Mirzə  İbrahimovun "Həyat" (Pardon Qurbanəli) "Sevil" (Atakişi və Babakişi), "Almaz" 

(Şərif) dramlarında "Knyaz" (Şakro), "Od gəlini" (Oddamdı), "Şeyx Sənan" (Serqo) faciələrində, 

tərcümə pyeslərindən Georgi Mdivaninin "Vətən namusu" (Dato), Vangellinin "Şamil" (Musa), 

Vasili  Şkvarkinin "Özgə  uşağı" (Sençin), Əbdülhəq Hamidin "Hind qızı" (Cəlaləddin), Viktor 

Lyubomirovun "Talış  qızı" (Əbil xan), Jan Batist Molyerin "Jorj Danden" (Jorj Danden), Nikolay 

Qoqolun "Evlənmə" (Patqolosin), Lev Şeynin və Tur qardaşlarının "Üzləşdirmə" (Quryeviç) 

əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Təbii və şirəli yumor, psixoloji dramatizm Abbas 

Qurbanovun yaradıcılığı üçün xarakterik idi. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin