TİFLİS AZƏRBAYCAN TEATRINDA
AKTYOR VƏ REJİSSOR YARADICILIĞI
İkinci dərs
MİRSEYFƏDDİN KİRMANŞAHLI (1892-1933)
Milli səhnə sənətimizin xüsusi aktyorluq təhsili almış qüdrətli aktyorlarından biri də
Mirseyfəddin Kirmanşahlıdır. Aktyorluq yaradıcılığında romantik aktyor məktəbinin poetika
prinsiplərinə üstünlük verib. Rejissor yaradıcılığında isə monumental romantik və möhtəşəm realist
forma-üslub vasitələrinin ikisindən də istifadə edib. Ruhən, düşüncə tərzinin fəlsəfi dərinliyinə görə
düşündürücü romantikaya və insanı mənəvi təkamülə səsləyən faciələrin həyati realizmınə təfəkKür
genişliyi, idrakin həyati realizmi ilə yanaşıb.
İranın Kirmanşah şəhərində xırda tacir ailəsində anadan olub. 1908-ci ildə Tiflisə gəlib və
şəhərə gəlişindən az sonra teatra ciddi maraq və sönməz həvəs göstərib. Burada "Müsəlman dram
truppası"nda, sonralar "İbrət" və "İttifaq" truppalarında fəaliyyət göstərib. İlk aktyorluq təhsilini
Tiflisdə rus teatrə nəzdindəki studiyada alıb. Fars və ərəb dillərində sərbəst danışan Mirseyfəddin
Kirmanşahlı tezliklə Tiflisdə rus dilini də oyrənib. Aktyorun digər səhnə həmkarlarından fərqli
cəhətlərindən biri və bəlkə də birincisi o idi ki, Kirmanşahlı milli teatrımızı canlı proses kimi dünya
teatr sənətinin kontekstində gorür, onun uğur və uğursuzluqlarını məhz həmin prizınadan təhlil edir,
dəyərləndirməyə çalışırdı. Mirseyfəddin Kirmanşahlı aktyor və rejissor yaradıcılığına elmi prinsiplər
əsasında qiymət verməyə səy göstərən ilk sənətkarlarımızdandır.
Onun Tiflis şəhərindəki yaradıcılığını iki mərhələyə ayırmaq olar. Müxtəlif truppalardakı və
teatr dəstələrindəki yaradıcılığı; ikincisi, dövlət teatrlarındakı fəaliyyəti. Hər iki dövrdə o, həm
aktyor, həm də rejissor kimi çalışmışdır. Həvəskarlıq dövründə Əbül Üla ("Əmir Əbül Üla", Hüseyn
Bədrəddin və Məhəmməd Rüfət ), Fərhad və Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Akif bəy
("Akif bəy", Namiq Kamal), Əl Mənsur ("Əl Mənsur", Henrix Heyne), Qaçaq Kərəm ("Qaçaq
Kərəm", Vano Mçedaşvili), Qurban, Ağa Məhəmməd xan ("Pəri cadu" və "Ağa Məhəmməd şah
Qacar", Əbdürrəhim bəy Haqverdiyev), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Əsgər, Həsən
bəy ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Heydər bəy ("Hacı Qara", Mirzə
Fətəli Axundzadə), Ömər ("Nadanlıq", Nəriman Nərimanov) rollarını oynayıb.
Bu illərdə o, truppanın İstanbul qastrolunun rəhbərlərindən biri olub (1918- 1919). Üzeyir
bəy Hacıbəyovun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad", Henrix Heynenin "Əl
Mənsur", Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz
cavan", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Şəmsəddin Saminin
"Dəmirçi Gavə", Sultanməcid Qənizadənin "Xor-xor" əsərlərinə quruluşlar verib.
1922-ci ildə kollektiv Tiflis Dövlət Türk Dram Teatrı adlanıb. Kirmanşahlı dramaturqlardan
Hüseyn Cavidin "İblis" faciəsinə, Jan Batist Molyerin "Cancur Səməd" və "Jorj Danden"
komediyalarına, Böyükağa Talıblının "Kef içində" dramına quruluşlar verib. Truppada Arif, Cəlal
("İblis" və "Uçurum", Hüseyn Cavid), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Bələdiyyə rəisi
("Müfəttiş", Nikolay Qoqol) kimi mürəkkəb dramatik rollar ifa edib.
1924-cü ildə Moskvada ikiillik təhsilini başa vuran Mirseyfəddin Kirmanşahlı Bakıya, Milli
Dram Teatrının sərəncamına göndərilib. O, altı il bu teatrda rejissor və aktyor kimi çalışıb.
Mirseyfəddin Kirmanşahlı 1928-1929-cu illərdə Tiflis ADDT-də baş rejissor işləyib və Cəfər
Cabbarlının "Od gəlini", "Aydın", Vladimir Kirşonun "Küləklər şəhəri", Hüseyn Cavidin "Uçurum",
"Şeyx Sənan", "İblis",Vilyam Şekspirin "Hamlet" pyeslərini fərqli janr-üslub prinsiplərində
tamaşaya hazırlayıb. Bu teatrda Elxan ("Od gəlini"), İsgəndər ("Ölü1ər"), Rodriqo ("Otello"),
eyniadlı faciələrdə Aydın və Nadir sah rollarını oynayan aktyor 1930-cu ilin əvvəlində Bakıya,
AMDT-yə qayıdıb. Az sonra isə Akademik teatrdan incik düsərək İranın Tehran şəhərinə gəlib və
burada teatr dəstəsinə rejissor qəbul olunub. Bir müddət Təbriz şəhərində fəaliyyət göstərən
"Ariyan" teatr truppasına da inamla və qətiyyətlə rəhbərlik edib. Yenidən Tehrana qayıdıb və burada
"Cameyi Bərbət", "Nəkisa" teatrlarında yorulub usanınadan coşğun fəaliyyət göstərib. Tək yaşayan
Mirseyfəddin Kirmanşahlı 1933-cü ildə öz mənzilində müəmmalı şəkildə vəfat edib.
Mirseyfəddin Kirmanşahlı hələ Bakıda olarkən "Bismillah", "Gilan qızı" filmlərinə
çəkilmişdir. Müxtəlif fasilələrlə Bakı Teatr Məktəbində aktyor sənətindən, səhnə danışığından dərs
demişdir.
* * *
Dostları ilə paylaş: |