Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə219/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   470
NAXÇIVAN DÖVLƏT  

MUSİQİLİ DRAM TEATRI 

 

Naxçıvanda teatr prosesini iki mərhələyə bölmək olar. 



Birincisi: teatrın həvəskarlıq dövrü. 

İkincisi: teatrın dövlət müəssisəsi kimi fəaliyyətə başladığı gündən indiyədək keçdiyi 

yaradıcılıq yolu. 

Xalqın həyatına şaxəli müdaxilə edən və mədəniyyətin, xüsusən teatr sənətinin təşəkkülünə 

və  tərəqqisinə  səbəb olan maarifçiliyin inkişaf dalğası on doqquzuncu əsrin ikinci yarısında 

Naxçıvanda da yeni pilləyə qədəm basıb. 1882-ci ildə Eynalı bəy Sultanovun rəhbərliyi ilə "Ziyalılar 

cəmiyyəti" təşkil olunub. Cəmiyyətin üzvləri Eynalı bəyin rəhbərliyi ilə 1883-cü ildə Mirzə Fətəli 



Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaçılara göstəriblər. Həmin 

tarix bugünkü Naxçıvan Dövlət Musiqili Dram Teatrının doğuluş günü kimi götürülür. 

1887-ci il sentyabrın 2-də müəllim Mirzə Sadıq Qulubəyovun rəhbərliyi ilə Mirzə  Fətəli 

Axundzadənin "Molla İbrahimxəlil kimyagər" məsxərəsi oynanılıb. Hacı Nəcəf Zeynalovun evində 

göstərilən tamaşanı Cəlil Məmmədquluzadə və Əliməmməd Xəlilov hazırlayıblar. Əsas rolları Cəlil 

Məmmədquluzadə (Molla  İbrahimxəlil),  Ələkbər Süleymanov (Şeyx  Salah), Məmmədtağı 

Səfərəlibəyov (Molla Həmid) ifa ediblər. 

Bu tamaşadan sonra şəhərdə teatr həvəskarları nisbətən fəallaşıblar.  İl  ərzində bir neçə 

tamaşa oynanılıb. Novruz və Orucluq bayramlarında göstərilən tamaşalar daha təmtəraqlı keçib. Yay 

tətillərində başqa  şəhərlərdə oxuyan tələbələr tətilə  gələndə tamaşa və konsertlərin göstərilməsi 

prosesi daha da canlanıb. 

Tədricən tamaşaların göstərilmə  məkanları genişlənib. Nəcəf bəydən başqa,  Əliməmməd 

Xəlilovun, Əli bəy Zeynalovun, Mehdi Ağanın, Rəhim xan Naxçıvanskinin (Naxçıvanlı) evlərində, 

Hacı Vəlinin karvansarasında da tamaşalar göstərilib. 

Teatr həvəskarlarının arasında dövrünün tanınmış müəllimləri, jurnalistləri, hüquqşünasları, 

dəftərxana işçiləri Cəlil Məmmədquluzadə,  Ələkbər Məmmədquluzadə, Eynalı  bəy Sultanov, 

Əbülqasım Sultanov, Fərəculla  Şeyxov, Nəsrulla  Şeyxov, Məmmədtağı Sidqi Səfərov, Sadıq 

Xəlilov, Sadıq Qulubəyov, Qurbanəli  Şərifov, Cəlil Mirzəyev,  Əliqulu Novruzov, Məmmədqulu 

Novruzov, Məhəmmədtağı Səfərəlibəyov, Əhməd Hüseynov, Paşa Sultanov, Böyük xan Naxçıvanlı, 

Yaqub kəngərli və başqaları olublar. 

İyirminci  əsrin  əvvəllərinə kimi həvəskarlar,  əsasən, Mirzə  Fətəli Axundzadənin 

komediyalarını, Eynalı  bəy Sultanovun "Tatar qızı", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", 

"Ev tərbiyəsinin bir şəkli", "Pəhlivanani-zəmanə" pyeslərini tamaşaya hazırlayıblar. 1900-1920-ci 

illərdə Naxçıvanda  Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəricadu", 

"Millət dostları", "Ac həriflər", Nəriman Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin 

"Ölülər" dramları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Rəşid bəy  Əfəndiyevin 

vodevilləri, Nikolay Qoqolun "Müfəttiş",  İvan Turgenevin "Pulsuzluq" tərcümələri, Üzeyir bəy 

Hacıbəyovun "Leyli və  Məcnun",  "Əsli və  Kərəm",  "Şah Abbas və Xurşid banu" operaları, 

"Məşədi İbad", "Ər və arvad", "Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun  "Əlli yaşında cavan", " 

Evliykən subay"  operettaları dəfələrlə tamaşaya hazırlanıb. 

Tamaşalara rejissorluğu,  əsasən, Rza Təhmasib, Böyük xan Naxçıvanlı, Fərəculla və 

Nəsrulla  Şeyxovlar ediblər. Səhnə  əsərləri müntəzəm  şəkildə oynanılmayıb, ilk növbədə 

bayramlarda, müxtəlif müsamirələrdə göstərilib. 

Naxçıvanda 1917-ci ildə "El güzgüsü" (rəhbəri Rza Təhmasib) və  "İmdad" dram dəstələri 

yaradılıb. Bakıdan qastrola gələn Hüseyn Ərəblinski, Cəlil Bağdadbəyov, Sidqi Ruhulla, Mirzağa 

Əliyev, Tiflisdən dəfələrlə bu bölgəyə  səfər edən Zülfüqar bəy Hacıbəyov teatr dəstəsinin, onun 

musiqi heyətinin formalaşmasında səmərəli işlər görüblər. 

1915-ci ildə Tiflis Rəssamlıq Məktəbini bitirmiş  Bəhruz kəngərli müəyyən teatr dekorları 

hazırlayıb, asma pərdələrə müxtəlif mənzərələr çəkib. Truppaya Rza İsfəndiyarlı, Heydər Muradov, 

Muxtar Nəsirov, Hacı  Nəsirov, Məşədi Bağırov, Teymur Qasımov kimi bacarıqlı  gənclər cəlb 

olunublar. 

 

* * * 



 

Teatr truppası 1920-ci il avqustun 24-də yeni və daha güclü heyətlə  fəaliyyətə başlayıb. 

Səməd Mövləvinin Naxçıvana gəlişi teatr prosesində canlanmanı artırıb. 1923-cü ildə Naxçıvan 

Mərkəzi İcraiyyə komitəsinin qərarı ilə şəhərdəki teatr həvəskarlarının qüvvəsilə Naxçıvan Dövlət 

Dram Teatrı yaradılıb. Kollektiv ilk addımını Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyası 

ilə atıb.  Əsas rolları truppanın özəyini təşkil edən yaradıcı qüvvələrdən  Əli Xəlilov (Hacı Qara), 




Həsən Səfərli (Heydər bəy), T.Səfərli (Sona), Mirhəsən Mirişli (Ohan yüzbaşı), A.Qasımov 

(Naçalnik), Heydər Muradov (Səfər bəy), H.Məmmədov (Kərəməli) oynayıblar. Tamaşaya 

rejissorluğu Həsən Səfərli edib və səhnə tərtibatını Adil Qazıyev verib. 

Dövlət teatrı kimi fəaliyyətə başlayandan sonra kollektivin qarderobu zənginləşdirilib, əlbəsə 

və rekvizit sexləri yaradılıb. Tamaşalar  əvvəlcə  həftədə iki-üç dəfə göstərilirdi. 1930-cu illərin 

əvvəllərindən isə  həftədə beş  və  bəzən altı  əsər oynanılmağa başlandı. 1924-1950-ci illərdə dram 

əsərlərindən Mirzə  Fətəli  Axundzadənin "Xırs  quldurbasan", "Lənkəran xanının vəziri", Nəriman 

Nərimanovu "Nadir şah",  Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Bəxtsiz cavan", Cəlil 

Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Od 

gəlini", "Sevil", "Almaz", "Yaşar", "1905-ci ildə", Hüseyn Cavidin "Şeyx Sənan", "Knyaz", 

"Səyavuş", Mirzə  İbrahimovun "Həyat", Səməd Vurğunun "Vaqif", "Fərhad və  Şirin", Süleyman 

Rüstəmin "Qaçaq Nəbi", Sabit Rəhmanın "Toy", Məmmədhüseyn Təhmasibin "Bahar", məktəblilər 

üçün  Əyyub Abbasovun "Məlik Məmməd", "Aqil və  Sərvinaz", operettalardan Üzeyir bəy 

Hacıbəyovun "Ər və arvad", "Arşın mal alan", "Məşədi  İbad", Zülfüqar bəy Hacıbəyovun "Əlli 

yaşında cavan", "Evliykən subay", Məmməd Səid Ordubadi və  Səid Rüstəmovun "Beş manatlıq 

gəlin" teatrın repertuarında əsas yer tutub. Teatr "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" 

muğam operalarını da müxtəlif quruluşlarda repertuarda saxlayıb. 

Tərcümə  əsərlərindən Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Vilyam Şekspirin "Otello", 

"Hamlet", Lev Şeynin və Tur qardaşlarının "Üzləşdirmə", Boris Lavrenyovun "Hücum", Aleksandr 

Ostrovskinin "Günahsız müqəssirlər", Konstantin Trenyovun "Lyubov Yarovaya", Georgi 

Mdivaninin "Vətən namusu", Konstantin Simonovun "Praqanın  şabalıd ağacları altında", Pavel 

Malyarevskinin uşaqlar üçün yazdığı "Sehrli küpə" əsərlərinin tamaşaları daha uğurlu olub. 

Teatrda bu dövrdə Səməd Mövləvi (1926-1931), Sidqi Ruhulla (1931-1932), Yusif Yulduz 

(1936-1937),  İbrahim Həmzəyev baş rejissor işləyiblər. Kazım Ziya, İsmayıl Hüseynov, Həsən 

Ağayev müxtəlif janr və üslublarda tamaşalar hazırlayıblar. 

 

* * * 



 

Naxçıvan teatrının 1950-2005-ci illəri  əhatə edən yaradıcılıq dövrü daha çox müasirlik 

axtarışları ilə  səciyyəvidir. Bu illərdə teatr forma və üslub yeniliklərinə xüsusi diqqət yetirib.  

Rejissorlar monumental romantik tamaşalardan daha çox psixoloji, realist dramatik və lirik-psixoloji 

üslublu səhnə  əsərləri hazırlamağa səy göstəriblər. Yaradıcılığının formalaşdığı 1930-cu illərdə 

ehtiraslı xarakterlər toqquşmalarına üstünlük verən Naxçıvan teatrının inkişafının yüksəlişi illərində 

insani münasibətlərin fəlsəfi-psixoloji mahiyyətinə  dərindən müdaxilə etmək daha çox 

maraqlandırıb. Truppa operetta janrında sanballı tamaşalar oynamaqda formalaşıb. 

Bu dövrdə teatrın məzmun mahiyyətinə, estetik prinsiplərinin psixoloji əsaslarına, poetika 

xüsusiyyətlərinə, aktyor ifalarının zənginliyinə görə "Səyavuş" (Hüseyn Cavid"), "Dəli yığıncağı" 

(Cəlil Məmmədquluzadə), "Aydın" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Sən həmişə 

mənimləsən", "Məhv olmuş gündəliklər" (İlyas  Əfəndiyev), "Yağışdan sonra" (Bəxtiyar 

Vahabzadə), "Mənim nəğməkar bibim", "Quşu uçan budaqlar" (Əkrəm  Əylisli), "Adamın adamı" 

(Anar), "Ultimatum" (Rüstəm İbrahimbəyov), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), 

"Kor padşah" (Nazim Hikmət və Vera Tulyakova), "Hücum" (Boris Lavrenyov), "Konsulu 

oğurladılar" (Georgi Mdivani), "Dördüncülər" (Konstantin Simonov), "Ordan, burdan", "Məşədi 

İbad", "Arşın mal alan" (Üzeyir bəy Hacıbəyov) kimi dəyərli tamaşaları olub. 

Teatr dünya şöhrətli dramaturqlardan Əziz Nesinin ("Toros canavarı"), Paolo Messininin 

("Sükut divarı"), Karlo Haldoninin ("Mehmanxana sahibəsi"), Sofokiun ("Elektra"), Çingiz 

Aytmatovla Kaltay Məhəmmədcanovun ("Fudzi dağında qonaqlıq"), Avksenti Saqarelinin 

("Xanuma"), Edvard O1binin ("Zoopark əhvalatı"), Georgi Xuqayevin ("Arvadımın  əri") 

yaradıcılıqlarına ilk dəfə müraciət edib. 




Bəhruz Kəngərlinin vaxtsız ölümündən sonra (1922) dram dəstəsində  və sonra dövlət 

teatrında Adil Qazıyev səhnə  tərtibatına rəhbərlik edib. Onun teatrın nəzdində yaratdığı studiyada 

Hüseyn  Əliyev,  İdris Səlimov, Nağı Nağıyev, Mirzə  Əkbərov,  Şamil Qazıyev fırça sənətinin 

əlifbasına yiyələniblər.  Şamil Qazıyev Bakıda rəssamlıq təhsili alandan sonra Naxçıvan teatrına 

qayıdıb və 1948ci ilə kimi burada işləyib. Səhnə  tərtibatı sahəsində onu 1949-cu ildən istedadlı 

rəssam Məmməd Qasımov əvəz edib. 

Yerli bəstəkarlar Rəşid Məmmədov, Məmməd  Ələkbərov, Məmməd Məmmədov teatrın 

müxtəlif janrlı tamaşalarına məzmunlu və ifadəli musiqi bəstələmişlər. 

Son altmış ildə teatr öz repertuarını mövzu, janr və xarakterlər baxımından zənginləşdirmək 

üçün Naxçıvanda yaşayıb-yazan nasir və  şairləri də  qələmlərini dramaturgiya janrında sınaqdan 

çıxarmağa sövq edib. Ayrı-ayrı illərdə müxtəlif rejissorlar Hüseyn Razinin "Odlu diyar", "Günəş", 

"Haray səsi", Əlyar Yusiflinin "Gözüm yollarda qaldı", "Vicdan əzabı", "Siz xoşbəxt yaşayın", Əbil 

Yusiflinin "Vicdan əzabı", Əbülfəz Abbasquliyevin "Günəşə doğru" Qurban Qurbanovun "Ayrım", 

Əbülfəz Abbasquliyevin "Günəş doğur", Nağı Nağıyevin "Polad", Hüseyn İbrahimovun "İtirilən 

sağlıq", "Torpaq təslim olur", Cəmşid Əmirovun "Sahil əməliyyatı", Kəmalə Ağayevanın "Məhsəti", 

"İsmət", Ramiq Muxtarın "Əgər sevirsənsə...", "Üfüqlər qızaranda", "Şəhərli Kürəkən", Turan 

Oflazoğlunun "Dəli İbrahim", Həsən Elsevərin "Alınmaz qala", Məmmədəli Tarverdiyevin "Kölgəli 

dağ", "Xosrov və  Şirin",  Əliheydər Qənbərin "İlan yuvasında fırtına", Həsən Fətullayevin 

"Əlincədən uçan qartal" pyeslərini tamaşaya hazırlayıblar. 

Naxçıvan teatrı 28 dekabr 1938-ci ildən Mirzə Fətəli Axundzadənin adını daşıyıb. 

1965-ci ildə isə sənət ocağına Cəlil Məmmədquluzadənin adı verilib. 

1923-cü ildə Naxçıvan Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayan kollektiv uzun müddət 

bu adla çalışıb. Sənət ocağı 1964-cü ilin sentyabrından Naxçıvan Dövlət Musiqili Dram Teatrı 

adlanır. 

Naxçıvan DMDT-nin nəzdində 1982-ci ildə Cavid Poeziya Teatrı yaradılıb. Truppa 

aktyorlarının ifasında bu teatrda Huseyn Cavidin "Mənim tanrım gözəllikdir, sevgidir", "Ana", 

"Azər", "Uçurum", Aleksandr Puşkinin "Qaraçılar", Rəsul Rzanın "Bir gun də insan ömrüdür", 

Məhəmməd Füzulinin "Pəmbeyi-daği-cünun..." pyesləri, poemaları  və  bədii kompozisiyaları 

tamaşaya qoyulub. 

 

  





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin