Milliyyətcə rus olub və bütün afişa və proqramlarda soyadsız, sadəcə "Tərlan xanım" yazılıb.
mart 1932). Səhnəyə XX əsrin əvvəllərində gəlib və Tiflisdəki Zubalov adına "Xalq evi"ndə
oynanan tamaşalarda çıxış edib. Müxtəlif Azərbaycan truppalarında fəal çalışıb və 1910-cu ildən
"Auditoriya"da toplaşan səhnə həvəskarlarının hazırladıqları əksər tamaşalarda qadın rollarını
oynayıb. Tiflis Azərbaycan Teatrı dövlət statusu alanda truppanın aparıcı aktrisalarından biri də
Tərlan xanım idi. Aktrisanın doğma teatrın səhnəsində oynadığı onlarca səhnə surəti arasında
Emiliya və Dezdemona ("Otello", Vilyam Şekspir), Xubçöhr ("Dəmirçi Gavə", Şəmsəddin Sami),
Kərbəlayı Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə), Cahan xala ("Arşın mal alan", Üzeyir bəy
Hacıbəyov), Zibeydə ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Marqo, Əzra
("Knyaz" və "Şeyx Sənan" Hüseyn Cavid), Froşer ("İki yetimə", Adolf D'Enneri və Germon), Gülüş
("Sevil", Cəfər Cabbarlı), Xupeyçə ("Qanlı səhra", təbdil), Baxa ("Şamil", tərcümə), Şpanik
("Namus", Aleksandr Şirvanzadə) obrazları xüsusi yaradıcılıq keyfiyyətləri ilə seçilib.
* * *
Tiflis teatrı Dövlət dram kollektivi kimi fəaliyyət göstərən dövrlərdə müəyyən fasilələrlə
burada çalışan, sonralar nıüxtəlif fəxri adlara layiq görülən Əhməd Salahlı Bakıda və Gəncədə, Ağa
Məmmədov, Reyhan Tağıyeva Gəncədə, Nəcibə Behbudova Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında, Səməd Mövləvi Naxçıvanda, Yunis Nərimanov Bakı Opera və Balet Teatrında, Panfiliya
Tanailidi AMDT-də çalışıblar.
Tiflis Azərbaycan Dövlət Dram Teatrında Sara Zeynalova, Bikə Quliyeva, Fatma
Gəncinskaya, Diləfruz Abbasova, Qaraqaş Srubi, Şura Xeyranova, Şura Zeynallı, aktyorlardan
Cümcüm, İsfəndiyar Hüseynov, Sadıq Məmmədov, Heydər İsmayılov, Qara Nəzərli, Məmmədağa
Rzayev, Nəso Məmmədov, Nadir İbrahimov, Muğu Zamanov, Əbiş Qasımov, Hüseyn Çıldırov,
Mirələkbər Seyidov (Əpiş), Əsəd Xəlilov, Fərrux Qurbanov, Əli Rzayev, Osman Həqqi, Firudin
Məmmədov, Əbil Sənani, Kazım Zeynallı, İsrafil Qarayev, Bağır Sürhabi, rejissorlardan Aşır
Bilalov, İsfəndiyar Hüseynov, Yusif Yulduz, İvarı Yevdakımov müxtəlif sənət uğurları qazanıblar.
Aktyorlardan Mirzəli Abbasov, İbrahim İsfahanlı və Əhməd Salahlı da tamaşalar hazırlamışlar.
Yusif Yulduzun "Od gəlini" və "Sevil" əsərlərinə verdiyi quruluşlar teatrın yaradıcılığında mərhələ
tamaşaları kimi dəyərləndirilib. O, teatrda monumentalizmın parlaq təcəssümü üçün müəyyən
cəsarətli addımlar atıb.
Tiflis teatrı bağlanandan sonra da bu sənətkarların əksəriyyəti ya müxtəlif teatrlarda işləmiş,
ya da mədəniyyətin başqa-başqa sahələrində çalışaraq incəsənətdən ayrılmamışlar. Tiflisdə yaşamış
və aktyorluq da etmiş Rza Şahvələd teatrın repertuarının çağdaş əsərlərlə zənginləşməsində səylə
çalışıb, kollektivin tamaşalarına çoxlu resenziyalar yazıb.
Milli səhnəmizin qüdrətli aktyorları, xalq artistləri, Akademik Milli Dram Teatrında çalışan
Əli Qurbanov, İsmayıl Osmanlı, Rza Əfqanlı, Kazım Ziya, ömürlərini Gəncədə başa vuran Ələkbər
Seyfi, Solmaz Orlinskaya, müxtəlif illərdə Tiflis ADDT-də işləyiblər. Abbasmirzə Şərifzadə və
Mərziyə Davudova, Ələsgər Ələkbərov dəvətlə kollektivin tamaşalarında baş rolları oynayıblar.
Möhsün Sənani 1915-1919-cu illərdə Tiflisdəki Azərbaycan truppasında çalışıb və məhz burada
teatr sənətinə əbədi bağlanıb. Bakıdakı Akademik teatrda əməkdar artist fəxri adına layiq görülmüş
Ülvi Rəcəb kimi lirik-dramatik, romantik faciə aktyoru 1925-ci ilədək Tiflisdə işləyib.
Tiflis səhnəsində Abbasmirzə Şərifzadə və Mərziyə Davudova "Otello", "Şeyx Sənan",
"Məkr və məhəbbət", "Od gəlini" faciələrində Otello və Dezdemona, Şeyx Sənan və Xumar,
Ferdinand və Luiza, Elxan və Solmaz rollarını ifa ediblər. Əli Qurbanovun Şveytser ("Qaçaqlar"),
Qalabəyi ("Müfəttiş"), Niyaz ("Pəri cadu"), Montano ("Otello"), Balaxan ("Aydın"), Şeyx Nəsrulla
("Ölülər"), Rüstəm bəy ("Məşədi İbad"), Həsən kişi ("Baba yurdunda"), Dönməz ("Od gəlini"),
Serqo ("Şeyx Sənan"), Rza Əfqanlının Dövlət bəy ("Aydın"), Jak ("İki yetimə"), Rəbi ("Od gəlini"),
Firqə katibi ("Tufan"), İsmayıl Osmanlının Hacı Qara ("Hacı Qara"), Pyer ("İki yetimə"), Əbu
Übeyd ("Od gəlini"), Sadıq ("Axmaq"), Gildenstern ("Hamlet") rolları həm teatrın, həm də
aktyorların yaradıcılığında mühüm yer tutur.