Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏMMƏD QULİYEV (8.12.1914-11.9.2001)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə224/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   470
MƏMMƏD QULİYEV (8.12.1914-11.9.2001) 

 

8 dekabr 1914-cü ildə Naxçıvanda doğulub. Gözəl və ürəyəyatımlı səsi olub. Səməd Mövləvi 



Məmməd Allahverdi oğlu Quliyevi yuxarı siniflərdə oxuyanda teatra dəvət edib. O, əsasən, opera və 

operetta tamaşalarında xorda oxuyub, epizod rollarda səhnəyə çıxıb. Opera artisti olmaq arzusu ilə 

orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. 

Diplom alandan sonra bir müddət Opera və Balet Teatrında işləyib. Burada ikinci dərəcəli partiyalar 

oxuyub. 

Məmməd Quliyev 1943-cü ildə Naxçıvana gəlib və DMDT-nin truppasına aktyor götürülüb. 

Aktyor yaradıcılığındakı  uğurlarına görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının 

əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. 11 sentyabr 2001-ci ildə 

Naxçıvanda vəfat edib. 

Aktyor istedadı xarakterik rollarda daha əlvan formada təcəssüm tapıb.  Tipik məişət rollarını 

da bacarıqla oynayıb. Dərviş, Müller, Rüstəm Zal ("Şeyx Sənan", "Şeyda" və "Səyavuş", Hüseyn 

Cavid), Pirqulu, Həmzə, Belakurov ("Aydın", "Vəfalı Səriyyə" və "Yaşar", Cəfər Cabbarlı), İbrahim 

xan ("Vaqif", Səməd Vurğun), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Naib ağa ("Dəli 

yığıncağı", Cəlil Məmmədquluzadə),  Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), 

Mirzə  Cəlil ("Sizi deyib gəlmişəm", Anar), Kral ("Sevilya ulduzu", Lope de Veqa), Naçalnik 

("Qaçaq Nəbi", Süleyman Rüstəm), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Şahbazov 

("Göz həkimi",  İslam Səfərli), Pristav ("Qatır Məmməd", Zeynal Xəlil), Qodun ("Hücum", Boris 

Lavrenyov), Balvazov ("Həmyerlilər", Altay Məmmədov), Gəncə hökmdarı ("Məhsəti", Kəmalə 

Ağayeva), Salmanov ("Toy", Sabit Rəhman),  Şahmar ("Vətən", Abdulla Şaiq) rolları  Məmməd 

Quliyevin yaradıcılığının başlıca mahiyyətini xarakterizə edən rollardır. Səsinin təravəti uzun illər 

itməyən aktyor müxtəlif quruluşlarda Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun" (Nofəl və 

Məcnunun atası), "Əsli və Kərəm" (Keşiş) operalarında, "Məşədi İbad" (Sərvər), "Arşın mal alan" 

(Əsgər) operettalarında, Süleyman Rüstəm və  Səid Rüstəmovun "Durna" (Murad), Məmməd Səid 

Ordubadi və Səid Rüstəmovun ("Beş manatlıq gəlin" (Qiyas) musiqili komediyalarında solist-aktyor 

kimi çıxış edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin