Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


FİRUZƏ ƏLİXANOVA (9.9.1917 -23.11.1994)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə225/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   470
FİRUZƏ ƏLİXANOVA (9.9.1917 -23.11.1994) 

 

Teatrın ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha 



bir neçə  gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən 

sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi 

olub. 



Cazibəli səhnə görkəmi və  şirin səsi olan Firuzə  Məmmədqulu qızı  Əlixanova 9 sentyabr 

1917-ci ildə Ordubadda dogulub. Buradakı  şəhər səkkizillik məktəbində  təhsil alıb və Naxçıvan 

Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində  şən mahnılar oxuyan 

Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci 

ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. 

Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının  əməkdar 

artisti və 15 noyabr 1974-cü ildə xalq artisti fəxri adları ilə  təltiflənib. Qırx beş il səhnədə 

fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb. 23 noyabr 1994-cü ildə 

Naxçıvanda vəfat edib. 

Firuzə  Əlixanovanın ifa etdiyi rollar xarakter əlvanlığı ilə  də seçiliblər. Üzeyir bəy 

Hacıbəyovun "Leyli və  Məcnun" (Leyli), "Əsli və  Kərəm" (Əsli), "Ər və arvad" (Minnət xanım), 

"Məşədi  İbad" (Gülnaz), "Arşın mal alan" (Gülçöhrə), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" 

(Şahsənəm), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Lalə), Şıxəli Qurbanov və Süleyman 

Ələsgərovun "Özümüz bilərik" (Şölə xanım) opera və operettalarında əsas partiyaların mahir ifaçısı 

olan aktrisa həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. O, hərəkət, sifət və 

danışıq ifadə vasitələrindən həm ayrılıqda, həm də sintez şəklində  məharətlə istifadə edərək 

yaradıcılıq salnaMəsmə çeşidli obrazlar daxil edib. 

Firuzə  Əlixanovanın rollar cəbbəxanasında Böyükxanım,  Şərəbanı, Mariya Timofeyevna

Kərbəlayı Fatmanisə ("Aydın", "Yaşar", "1905ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Hafizə ("Pəri 

cadu",  Əbdürrəhim bəy Haqverdiyev),, Zalxa ("Toy", Sabit Rəhman),  Şölə xanım, Tükəz 

("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Ana ("Odlu diyar", Hüseyn 

Razi), Cənnət xala ("Qaynana", Məcid  Şamxalov), Nina ("Şeyx Sənan", Hüseyn Cavid), Gülnar, 

Məhmənə banu ("Vaqif" və "Fərhad və  Şirin", Səməd Vurğun), Həcər xanım ("Eşq və intiqam", 

Süleyman Sani Axundov), Şirin xanım ("Yarımçıq  şəkil", Adil Babayev), Mənsurə ("Əgər 

sevirsənsə...", Ramiq Muxtar), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Gertruda, 

Emiliya ("Hamlet" və "Otello", Vilyam Şekspir), Maşa ("Tribunal", Aleksey Makayenok) kimi 

yaradıcılıq nümunələri var. 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin