Səməd Mövləvi
Naxçıvan teatrının aparıcı aktyorlarından olub, xalq artıstı ıdı. Doviət teatrının ilk iki
onilliyində rejissorluqla da məşğul olub. 1926-1931-ci illərdə teatrda baş rejissor işləyib.
Realist və
romantik üslublarda, həm monumental, həm də çağdaş səpkili formalarda tamaşalar hazırlayıb.
Səməd Mövləvi musiqi əsərlərindən Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və
Kərəm" operalarını, "Arşın mal alan", "Məşədi İbad" operettalarını, lirik məhəbbət faciələrindən
Hüseyn Cavidin "Şeyx Sənan", qəhrəmanlıq faciələrindən Cəfər Cabbarlının "Od gəlini", Vilyam
Şekspirin "Otello", "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Şəmsəddin Saminin "Dəmirçi Gavə",
tarixi faciələrdən Nəriman Nərimanovun "Nadir şah", psixoloji dramlardan Hüseyn Cavidin
"Şeyda", "Knyaz", "İblis", Cəfər Cabbarlının "Sevil", "Yaşar", Vasili Şkvarkinin "Özgə uşağı",
Aleksandr Şirvanzadənin "Namus", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Sandro
Şanşiaşvilinin "Anzor", komediyalardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran
xanının vəziri", Jan Batist Molyerin "Jorj Danden", tragikomediyalardan Cəlil Məmmədquluzadənin
"Ölülər" əsərlərinin quruluşçu rejissoru olub.
Isa Musayev
Xalq artisti olub və teatrın aparıcı aktyorlardan biri kimi şöhrət qazanıb. Eyni zamanda
istedadını quruluşçu rejissor kimi də sınaqdan çıxarıb. 1930-1940-cı illərdə, teatrda peşəkar
rejissorların çatışmadığı dövrdə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Abdulla Şaiqin "Vətən",
Süleyman Sani Axundovun "Eşq və intiqam", Osman Sarıvəllinin "Babək", Səməd Vurğunun
"Vaqif" və "Fərhad və Şirin", Zeynal Xəlilin "İntiqam", Məmmədhüseyn Təhmasibin "Aslan
yatağı", Mirzə İbrahimovun "Həyat" və "Məhəbbət", Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad"
əsərlərini tamaşaya hazırlayıb.
Sidqi Ruhulla
1910-1914-cü illərdə dəfələrlə Naxçıvana uzunmüddətli qastrollara gəlib və yerli
həvəskarlarla Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin", Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan" pyeslərini tamaşaya qoyub.
O, 1931-1932-ci il teatr mövsümündə qısa müddət Naxçıvan teatrında direktor və bədii rəhbər
işləyib. Teatrda Nəriman Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər
Cabbarlının "Od gəlini", "1905-ci ildə", "Sevil", Fridrix Şillerin "Qaçaqlar", Nikolay Qoqolun
"Müfəttiş", Vilyam Şekspirin "Otello" əsərlərini tamaşaya hazırlayıb. Bu tamaşalar teatrın
peşəkarlığının formalaşmasında səmərəli rol oynayıb.
Dostları ilə paylaş: