Baxsi Qələndərli
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Xankəndində doğulub (1903-
1982). Bakı Teatr Məktəbini bitirib. Leninqrad Səhnə Sənəti İnstitutunda (1930-1934) təhsil alıb.
Uzun illər Irəvan DADT-də rejissor və baş rejissor işləyib. 1964-1982-ci illərdə müəyyən fasilələrlə
Naxçıvan DMDT-də quruluşçu rejissor və baş rejissor işləyib. Baxşı Qələndərli Naxçıvan
səhnəsində Səməd Vurğunun "Vaqif", Cəlil Mənmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli
Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun "Hacı
Qəmbər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Əlyar Yusiflinin "Səadət naminə", Sabit
Rəhmanın "Toy", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Kəmalə Ağayevanın "Məhsəti",
Alensandr Şirvanzadənin "Nakam qız", Boris Lavrenyovun "Hücum", Vsevolod İvanovun "Zirehli
qatar 14-69", Karlo Haldoninin "Mehmanxana sahibəsi", Konstantin Simonovun "Dördüncülər",
Aleksandr Ostrovskinin "Cehizsiz qız" pyeslərini, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Ər və
arvad", Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettalarını tamaşaya
hazırlayıb.
Dostları ilə paylaş: |