NAXÇIVAN DÖVLƏT MUSİQİLİ
DRAM TEATRINDA REJİSSOR
SƏNƏTİ
Naxçıvanda teatr yeni-yeni təşəkkül tapanda tamaşaları ziyalılar, xüsusən müəllimlər
hazırlayıblar. İyirminci əsrin ilk iyirmi ilində şəhərdəki dram dəstəsində oynanılan tamaşalara
quruluşları aparıcı aktyorlar veriblər. Teatr həvəskarlarının gücü ilə Naxçıvan Dövlət Dram Teatrı
yaradılanda və bu kollektiv rəsmi fəaliyyətə başlayanda da onun peşəkar rejissorları olmayıb. Bu
ağırlığı ilk illərdə Səməd Mövləvi, İsa Musayev, Bakıdan dəvət olunmuş aktyorlar Kazım Ziya,
Sidqi Ruhulla çəkiblər. Tədricən teatra təhsil almış rejissorlardan Yusif Yulduz, Baxşı Qələndərli,
Həsən Ağayev, Ağəli Dadaşov və başqaları dəvət olunublar.
Teatr 1960-cı illərin əvvəllərindən forma-üslub, janr axtarışları məqsədilə təcrübəli
rejissorları vaxtaşırı kollektivə dəvət edib. Müxtəlif vaxtlarda teatra dəvət olunmuş rejissorlar Tofiq
Kazımov, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov müxtəlif janrlarda, əsasən,
lirik-psixoloji üslubda tamaşalar hazırlayıblar. Həmin ənənə bu gün də davam edir.
Son otuz ildə Naxçıvan DMDT-də Vəli Babayev, Vaqif Əsədov, Əsgər Əsgərov baş rejissor
işləyiblər. Hazırda bu Kürsünü aktyor və rejissor Kamran Quliyev tutur.
* * *
Dostları ilə paylaş: |