İBRAHİM HƏMZƏYEV
(25.12.1908-4.2.1982)
Aktyor və rejissor olub. Naxçıvan teatrının formalaşmasında, aktyor və rejissor
yaradıcılığının inkişafında, kollektivin truppasının müntəzəm olaraq yeniləşməsində, sənət ocağının
özəl üslubunun təsdiqində İbrahim Həmzəyevin böyük xidmətləri var. Teatrın bir sıra qabaqcıl
sənətkarlarını səhnəyə o gətirib. Naxçıvan teatrının həm dram, həm də musiqili dram kollektivləri
kimi yetkinləşməsi ilk növbədə onun adıyla bağlıdır.
İbrahim (Mir İbrahim) Tağı oğlu Həmzəyev Gəncə şəhərində doğulub. Səhnə sənətinə
məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar
klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub.
Əksəriyyətini özü və həmçinin Ədil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib.
Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın",
"Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara"
(Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.
İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik
illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra
Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.
Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi,
səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu
kollektivdə Qacar ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Pərviz və Gavə
("Dəmirçi Gavə", Şəmsəddin Sami), Arif ("İblis", Hüseyn Cavid), Həsən bəy ("Məşədi Ibad",
Üzeyir bəy Hacıbəyov), Rodriqo ("Otello", Vilyam Şekspir), Yaşar, Elxan, Balaş ("Yaşar", "Od
gəlini" və "Sevil", Cəfər Cabbarlı), Seyran ("Namus", Alensandr Şirvanzadə) rollarını oynayıb.
İbrahinı Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin
sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor
və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda
direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor
(1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947-
1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor
kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.
Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin
rollar qalereyasında 150-dən artıq səhnə obrazı var. Bu rolları şərti olaraq iki qismə bölmək olar.
Birincisi, romantik faciə, faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları. ikincisi, müxtəlif
ictimai-sosial mənşəli tipik və xarakterik səhnə obrazları.
Birinci bölümə yığcam şəkildə bu obrazları daxil etmək olar: Arif, Şeyx Sənan ("İblis" və
"Şeyx Sənan", Hüseyn Cavid), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Babək ("Babək",
Osman Sarıvəlli), Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov), Yaşar, Elxan, Oqtay, Balaş,
Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər
Cabbarlı), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Məlik Məmməd ("Məlik Məmməd",
Əyyub Abbasov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qatır Məmməd ("Qatır
Məmməd", Zeynal Xəlil), Fərhad, Vaqif ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), İsgəndər
("Ölülər", Cəlil Məmmədquluzadə), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev),
Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Tərlan ("Sənsiz" Şıxəli Qurbanov), Nizami
("Nizami", Mehdi Hüseyn), Otello ("Otello", Vilyam Şekspir), Karl Moor ("Qaçaqlar", Fridrix
Şiller), Bersenyev ("Hücum", Boris Lavrenyov), Pekievanov ("Zirehli qatar 14-69", Vyaçeslav
İvanov), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Sanço ("Sevilya ulduzu", Lope
de Veqa), Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Seyran ("Namus", Aleksandr Şirvanzadə"),
Aleksandr ("İki qardaş", Mixail Lermontov).
Aktyorun ikinci bölümə aid daha bitkin xarakterik rollarının yığcam siyahısını belə tərtib
etmək olar. Camal ("Nişanlı qız", Sabit Rəhman), İbad ("Almaz", Cəfər Cabbarlı), Şahmar ("Aslan
yatağı", Məmmədhüseyn Təhmasib), Adil bəy ("Laçın yuvası", Süleyman Sani Axundov), Cavad
kişi ("Qız atası", Əfqan Əsgərov), Polis ("Toros canavarı", Əziz Nesin), Hacı Həsən ağa, Fazil
("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İbişli ("Adamın adamı", Anar), Abbas
("Həyat", Mirzə İbrahimov), Oqtay Çingizov ("Sahil əməliyyatı", Cəmşid Əmirov), Nadir ("Vətən
namusu", Georgi Mdivani), Surxay ("Toy", Sabit Rəhman).
Naxçıvan teatrının aparıcı aktyorları 1940-1980-ci illərdə özlərinin möhtəşəm rollarının,
teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini İbrahim Həmzəyevin quruluş
verdiyi tamaşalarda ifa ediblər. Rejissor teatrın səhnəsində həm milli, həm də dünya
dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb. Azərbaycanm klassik
ədiblərindən Cəfər Cabbarlının "Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin şah", "Solğun çiçəklər",
"Yaşar", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Cəlil Məmmədquluzadənin "Ölülər", Hüseyn
Cavidin "Səyavuş", Nəriman Nərimanovun "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri
cadu", Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Sabit Rəhnıanın "Toy", "Xoşbəxtlər", "Əliqulu
evlənir", "Nişanlı qız", hyas Əfəndiyevin "Bahar suları", "Atayevlər ailəsi", Əlyar Yusiflinin
"Vicdan əzabı", İsgəndər Coşqunun "Komsomol poernası", Abdulla Şaiqin "Vətən", Əyyub
Abbasovun "Aqil və Sərvinaz", Cabbar Məcnunbəyovun "İldırım", Zeynal Xəlilin "Qatır Məmməd",
Ənvər Məmmədxanlının "Od içində", İslam Səfərlinin "Ana ürəyi", Hüseyn Razinin "Odlu diyar",
Süleyman Rüstəmin "Qaçaq Nəbi", Vilyam Şekspirin "Otello", Lope de Veqanın "Sevilya ulduzu"
faciə, dram və komediyalarını Naxçıvan teatrı rejissor İbrahim Həmzəyevin quruluşlarında oynayıb.
Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və
arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan",
Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz"
əsərlərinə quruluş verib.
İbrahim Həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi
diqqət yetirib. O, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını
əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. Bu baxımdan onun quruluşunda
oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri"
(Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı
ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir.
İbrahim Həmzəyevin yaradıcılığının aktyorluq qolu əlvan idi və çoxçalarlı mahiyyət
daşıyırdı. İfa etdiyi rollarda romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini ayrılıqda və
vəhdət halında təcəssüm etdirə bilirdi.
Məlahətli və dramatik xarakterli səsi, coşğun daxili temperamenti ilə mürəkkəb və psixoloji
rollara əzəmətli monumentalizm verə bilirdi.
Məhəbbət qəhrəmanlarının rollarında aktyor emosional və lirik-psixoloji ifadə vasitələrinə
üstünlük verir və bununla da obraza ülviyyət aşılamağı bacarırdı. Bu dəyişmə prosesində səsinin
çalarlarından dəqiqliklə və ifadəli tərzdə istifadə edirdi.
Yaradıcılığının özünəməxsus cəhətlərindən biri də o idi ki, hadisələrin yüksək psixoloji-
dramatik məqamlarında daxili ehtirasını səfərbər edir, obrazın mənəvi gərginliyini sifət cizgilərində
qabarıq canlandırır, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verirdi.
İbrahim Həmzəyevin rejissurası daha çox monumentalğı ilə xarakterik idi. Məzmunun
fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı ustalıqla
bacarırdı. Naxçıvan teatrında bədii və musiqi tərtibatlarının romantik xarakterdə səhnə təcəssümü
tapmasını ilk dəfə özünün quruluş verdiyi tamaşalarda reallaşdıran rejissor jbrahim Həmzəyevdir.
Naxçıvan teatrında mövcud olan romantik və realist aktyor məktəblərini nəzəri prinsiplər
üzərində estetik ölçülərə salıb. Bu kollektivdə lirik-psixoloji üslubun yaradıcısı olub və həmin janrda
maraqlı tamaşalar hazırlamaqla yeni məktəbin ənənələrini yaradıb.
İbrahim Həmzəyevin yüksək bədii zövqü vardı və buna görə də onun rejissurası sənətkar
təxəyyülünün genişliyi, ifadə vasitələrinin zərifliyi, qurduğu şaxəli mizanlar estetik çalarlarının
əlvanlığı, tamaşaya verdiyi forma poetik hüsnü ilə seçilirdi.
Aktyorluq və rejissorluq fəaliyyətinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının
əməkdar artisti, 15 oktyabr 1965-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.
İbrahim Həmzəyev Naxçıvanda vəfat edib.
Dostları ilə paylaş: |