Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə241/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   470
 

ZƏROŞ HƏMZƏYEVA  

(22.3.1925- 5.6.2004) 

 

Geniş  mənada milli teatr sənətimizin inkişafında xüsusi yeri olan, zəngin yaradıcılıq irsinə 



malik aktrisalardandır. 

Zəroş  Həmzəyeva oynadığı müxtəlif xarakterli rolların psixoloji-estetik mahiyyətinə görə 

romantik, realist və lirik-psixoloji aktyor məktəblərinin poetika xüsusiyyətlərini dərindən bilib. 

Bildiklərini səhnədə  məharətlə, ifadəli və  məzmunlu çalarlarla öz oyununda ustalıqla 

canlandıra bilib. 

Şirin və yapışıqlı səsi ilə opera aktrisası kimi də bir sıra yaddaqalan partiyalar oxuyub. 

Uzun illər teatrın aparıcı aktrisası kimi əksər tamaşalarda dramatik, fəci, lirik qəhrəmanların 

əvəzsiz ifaçısı kimi tanınıb. 

Zəroş Mirzəbağır qızı  Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası 

Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı  Əliyevadır. Məşhur aktyor və rejissor 

İbrahim Həmzəyevlə ailə  həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də 

məhz "Zəroş Həmzəyeva"  kimi məşhurlaşıb. 

Atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. 

Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan 

poeziyaya və musiqiyə rəğbət bəsləyib. 

Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından  şeir söyləməyə, 

deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib. 

Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev 

cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura 

düşdük") komediyasında Yetər rolunu oynayıb. 

Yeniyetmə qız səhnəyə ilk çıxışından maraqlı oyun nümayiş etdirib. Sərbəstliyi və emosional 

dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. Ona görə  də elə  həmin vaxtdan teatrın 

truppasına aktrisa götürülüb. Qısa müddətdə teatrın aktyor ansamblına uyuşub və bir neçə ildə 

kollektivin qabaqcıl sənətkarı kimi şöhrət və rəğbət qazanıb. 

Zəroş Həmzəyeva 1948-ci ildə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Qaryagin (indiki 

Füzuli) Dövlət Dram Teatrında aktrisa işləyib. Bir il ərzində burada ondan çox səhnə obrazında çıxış 

edib. 

Aktrisa bir sıra tamaşalarda, xüsusən "Vaqif" tamaşasında Xuraman rolunda Akademik 



teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. Teatr ictimaiyyəti hər dəfə onun ifasını yüksək 

qiymətləndirib. 

Azərbaycan Respublikasının  əməkdar artisti (1956) və xalq artisti fəxri adlarına layiq 

görülüb (7 oktyabr 1967). 1995-ci ildə  fəxri təqaüdə  çıxıb. Bakıda vəfat edib və ikinci Fəxri 

xiyabanda dəfn olunub. 

Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından 

sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara), 

"Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci 




ildə" (Sona), "Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının 

tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb. 

Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn 

Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və  Məryəm ("Fərhad və  Şirin", Səməd 

Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə), 

Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa 

("Toy", Sabit Rəhman), Məhsəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli 

dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid  Əmirov), kruçinina 

("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var. 

Xarakterik rollar oynamaqda Zəroş  Həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi. 

Aktrisa əlvan ifadə vasitələri ilə Aqafiya ("Evlənmə", Nikolay Qoqol), Göyərçin ("Ədalət", Bəxtiyar 

Vahabzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Xuraman ("Vaqif", Səməd 

Vurğun), Südabə ("Günəş doğur", Əbülfəz Abbasquliyev), Ana ("Ana ürəyi", Islam Səfərli), Həyat 

("Həyat", Mirzə İbrahimov), Nazlı ("Nişanlı qız", Sabit Rəhman), Diləfruz ("Odlu diyar", Hüseyn 

Razi), Reyhan ("Atayevlər ailəsi",  İlyas  Əfəndiyev), Yeganə ("Ibrahim", Cabbar Məcnunbəyov),    

Pəri   ("Pəri   cadu", Əbdurrəhim bəy Haqverdiyev), Mehriban ("Vicdan əzabı" Əlyar Yusifli), Şölə 

xanım ("Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Fəxrəndə ("Bayramın birinci günü", 

Nazim Hikmət), Münəvvər ("Toros canavari", Əziz Nesin), Mirondalina ("Mehmanxana sahibəsi", 

Karlo Haldoni), At Balaxanım ("Adamın adamı", Anar), Mələk xanım ("İtirilmiş sağlıq", Hüseyn 

İbrahimov), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov) rollarını oynayıb. 

Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı  və  şirin səsi olub. Buna görə  də Üzeyir bəy 

Hacıbəyovun "Leyli və  Məcnun" (Leyli və Leylinin anası), "Əsli və  Kərəm" (Əsli) operalarında, 

"Arşın mal alan" (Gülçöhrə, Telli və Asya), "Məşədi  İbad" (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun 

"Evliykən subay" (Pərizad), Süleyman Rüstəm və  Səid Rüstəmovun "Durna" (Durna və Lalə), 

Məcid Şamxalovla Zakir Bağırovun "Qaynana" (Afət) operettalarında əsas partiyaları ifa edib. Onun 

yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və 

emosional təravət verib. 

Zəroş Həmzəyeva daxilən ehtiraslı və çılğın aktrisa idi. Bu keyfiyyətləri son dərəcə həssas 

meyarlarla oynadığı obrazların xarakterlərinə uyğun şəkildə, fərqli ştrixlərlə canlandırırdı. Ona görə 

də bu ehtiras və bu çılğınlıq bir-birindən fərqlənirdi. 

Aktrisa faciə obrazlarında qatı boyalarla, dramatik personajların ifasında tipik ştrixlərlə, lirik 

rollarda zərif psixologizmlə təcəssüm tapırdı. 

Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlist, ifadəli və cazibəli idi. Zəroş 

xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə 

uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. 

Səhnədə  həssas və diqqətcil yöndaş olması ilə seçilib. Mürəkkəb kompozisiyalı, kəskin 

dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. 

Zəroş  Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da epizodda 

iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini 

tamaşaçılara dürüst çatdırmalarına,  əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə  zəmin 

yaradırdı. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin