Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə244/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   470
 

 

İRƏVAN DÖVLƏT 

AZƏRBAYCAN  DRAM 

TEATRINDA AKTYOR YARADIGLIĞI 

 

Yaradılan gündən realist aktyor məktəbinə üstünlük verən İrəvan teatrında bu üslubda sənət 



nailiyyətləri qazanan və müəyyən mərhələlərdə romantik monumentalizmə üstünlük verən aktyorlar 

olublar. Ayrı-ayrı illərdə teatrda qısa və ya uzun müddətdə  işləyən aktyorların  əksəriyyəti 

kollektivin yaradıcılıq salnaMəsmə dəyərli töhvələr veriblər. 

Tiflis teatrından gəlmiş  Əli  Şahsabahlı  İrəvan teatrında rejissorluq etməklə yanaşı, Qacar 

("Vaqif", Səməd Vurğun),  Əsgər, Kərəm ("Arşın mal alan" və  "Əsli və  Kərəm", Üzeyir bəy 

Hacıbəyov), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Abbas ("Həyat", Mirzə İbrahimov) kimi 

mürəkkəb opera, operetta və dram rolları oynayıb. 

Əli Zeynalov İrəvan teatrına 1934-cü ildə gəlib və burada on il işləyib. Teatrın səhnəsində 

Baxşı, Elxan ("1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Seyran ("Namus", Aleksandr 

Şirvanzadə), Araadi ("Platon kreçet", Aleksandr korneyçuk), Tomson ("Hind qızı",  Əbdülhəq 

Hamid), Otello və Yaqo ("Otello", Vilyam Şekspir), Süleyman ("Həyat", Mirzə  İbrahimov) kimi 

mürəkkəb xarakterli rollarda çıxış edib. 

Əşrəf Yusifzadənin Hacı Əhməd, Dövlət bəy ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Rüstəm 

("Namus", Aleksandr Şirvanzadə), İmamverdi Bağırovun Tomson ("Hind qızı", Əbdülhəq Hamid), 

Sərvər ("Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov),  İsmayıl Dağıstanlının  İsgəndər ("Ölülər", Cəlil 

Məmmədquluzadə), Otello ("Otello", Vilyanı Şekspir), Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid), 

Məmmədbağır Qaraxanovun Nökər ("Zorən təbib", Jan Batist Molyer), Babakişi ("Sevil", Cəfər 

Cabbarlı), Zimzimov ("Pepo", tərcümə  əsəri), Ser Bortel ("Hind qızı"),  İbrahim xan ("Vaqif"), 

Əhməd Səfayinin Hacı Qara ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Brabansio ("Otello"), Ətayə 

Əliyevanın Gülnar ("Vaqif") və  Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm),  Əyyub Haqverdiyevin 

Allahverdi ("1905-ci ildə"), Məmmədsadıq Nuriyevin Vəli ("Arşın mal alan") rolları İrəvan Dövlət 

Azərbaycan Dram Teatrının aktyor ifaçılığı məktəbini zənginləşdirmiş səhnə surətləridir. 

 

* * * 


 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin