Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə247/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   470
Şamil Dəmirçiyev  

(9.5. 1940-11.6. 2002)  

 



Borçalı mahalın Aşağı Qoşakilsə  kəndində anadan olub. 1962-cı ildə Bakı  kıtabxanaçılıq 

Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində 

təhsil alıb. 

İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967-1988-ci illər ərzində Şamil 

Mahmud oğlu Dəmirçiyev onun səhnəsində  Əbdüləli bəy,  İmamyar, Aydın ("Aydın", "Sevil" və 

"Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında 

məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür 

gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar içində", Nəriman Həsənzadə), 

Məşədi  İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), 

Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?, dramaturq 

Məhərrəm  Əlizadə, bəstəkar Ağası  Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), 

Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) 

obrazlarını ifa edib. 

1988-ci ildə  İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan 

Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub. Arada "Bəşir" miniatür teatrında 

işləyib. 

1978-ci ildə Ermənistan Respublikasının  əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 

2002-ci ildə vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin