Abbasqulu Tağıyev
(1919-1981)
İrəvan şəhərində doğulub. Teatrın səhnəsinə ilk dəfə 1931-ci ildə çıxıb. Aktyorun birinci rolu
Cəfər Cabbarlının "Sevil" dramında Gündüz obrazı olub.
İstedadlı və işgüzar aktyor doğma səhnədə müxtəlif illərdə Səməd Vurğunun "Vaqif",
"Fərhad və Şirin", "Xanlar" dramlarında Eldar, Xosrov, Xanlar, Aleksandr Şirvanzadənin "Namus",
"Cinli" əsərlərində Rüstəm və Daniel, Cəfər Cabbarlının pyeslərinin tamaşalarında İbad ("Yaşar"),
Əbdüləli bəy ("Sevil"), İmamverdi ("1905-ci ildə"), Qorxmaz ("Od gəlini") rollarını oynayıb.
Müxtəlif tamaşalarda Rüstəm və Əbdək ("Nizami", Mehdi Hüseyn), Teymur ağa ("Lənkəran xanının
vəziri", Mirzə Fətəli Axundzadə), Yaqo ("Otello", Vilyam Şekspir), Dudikin ("Günahsız
müqəssirlər", Aleksandr OsrovSki, Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Amiran
("Vətən namusu", Georgi Mdivani) kimi yaddaqalan səhnə obrazları yaradıb.
1949-cu ildə İrəvan teatrı bağlandıqdan sonra Abbasqulu Tağıyev xalq teatrında çalışıb.
1967-ci ildə İrəvan DADT bərpa edildikdən bir il sonra aktyor doğma kollektivə qayıdıb və
yaradıcılığını yeni şövqlə davam etdirib. Aktyor bu illərdə Cəfər Cabbarlının "Aydın" (Dövlət
bəy), "Yaşar" (Əmirqulu), "Solğun çiçəklər" (Əbdül), Mirzə Fətəli Axundzadənin "Molla
İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Bəxtiyar Vahabzadənin "İkinci səs" (ŞüKür bəy),
Georgi Xuqayevin "Mənim qaynanam" (Gena), "Arvadımın əri" (Kazbek), Panço Pençevin
"Əkizlərin nağılı" (Peter ağa), Yeqor Bayqayevin "Səni kim unudar..." (Tahir Musayeviç), Həsən
Seyidbəyli və İmran Qasımovun "Sən nə üçün yaşayırsan?" (Los), Hidayətin "Məni qınamayın"
(Qulamov), Anarın "Şəhərin yay günləri" (Bəhram Zeynallı), Aleksandr Ostrovskinin "Cehizsiz
qız" (Krurov), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Soltan bəy), "Məşədi İbad" (Hambal)
əsərlərinin tamaşalarında oynayıb.
Abbasqulu Bağır oğlu Tağıyev 1978-ci ildə Ermənistan Respublikasının əməkdar artisti fəxri
adına layiq görülüb.
1981-ci ildə İrəvan şəhərində vəfat edib.
Dostları ilə paylaş: |