Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə242/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   238   239   240   241   242   243   244   245   ...   470
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN 

DRAM TEATRI 

(1880-1949) 

 

İrəvan Azərbaycan teatrı milli səhnə  sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. 



Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən  İrəvan teatrını iki 


mərhələdə  təqdim edib öyrənmək lazımdır. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq 

fəaliyyəti ilə bağlıdır.  İkinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi 

yaradıcılıq prosesi müəyyənləşdirib. 

Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş  İrəvan  şəhəri XIX əsrdə 

azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə  şəhərdə türkrus dillərində 

məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və 

Orucluq bayramlannda meydan tamaşaları, "Kosa-kosa", "Qaravəlli" və müxtəlif mərasim oyunları 

göstərilirdi. 

1882-ci ilin əvvəllərində  İrəvan  şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər 

Məşədi  İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" Pyesini 

tamaşaya hazırlayıb. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər 

ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən 

Mizrə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi İsmayıl" 

(Hacı Fərəc) oynayıblar. Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub 

və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. 

Teatr prosesini unudulmağa qoymayan ilk növbədə  Məşədi  İsmayıl olub və o, 1883-cü il 

mart ayının 10-da İrəvan sakini Rzayevin "Könülsüz nigah" birpərdəli didaktik pyesini tamaşaya 

qoyub. İki il sonra görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər seminariyasının müəllimi Firudin 

bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. Onun fədakarlığı 

sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. Onlar Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan 

və  dərviş  Məstəli  şah" komediyasının tamaşaçılara göstərilməsinə nail olublar. İrəvan teatr 

həvəskarları  tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə  Fətəli 

Axundzadənin "Lənkəran xanının vəziri" (21 mart 1888), təkrar quruluşda "Müsyö Jordan və dərviş 

Məstəli şah" (4 aprel 1890), "Hacı Qara" (20 oktyabr 1894), Rzayevin "Könülsüz nikah" (17 fevral 

1890), Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (10 may 1892), "Qırt-qırt" (30 noyabr 

1893), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (7mart 1895) pyesləri tamaşaya 

hazırlanıb. 

Tədricən güclənən teatr prosesinə  şəhərin zadəgan ziyalıları  Təkinskilər, Qazıyevlər, 

İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstəriblər. Səhnəyə ilk dəfə 

1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən Yunis Nuri 1890-cı ildən rejissor və aktyor kimi 

aparıcılığı  ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində  əvvəlkilərlə 

müqayisədə daha çox göstərilMəsmə nail olub. Pənah xan Makinski isə  səhnə  həvəskarlarını 

xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil 

edib. İyirminci əsrin əvvəllərində isə teatr tamaşaları "İctimai yığnaq" ("Ziyalılar klubu" da deyilib), 

Canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. Artıq müəyyən birlik yaranmış truppada 

Hüseyn Salmanov, Məmmədağa  Şahtaxtlı  (Şahtaxtinski), Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, 

Asəf bəy  Şəfibəyov, Kərim  Əhmədov,  Əli Məhzun  Əkbərov, Mir Abbas kimi həvəskar aktyorlar 

vardı. 


1900-1917-ci illərdə  İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar 

tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. 

Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı 

şəhərlərinə, o cümlədən İrəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, 

Sidqi Ruhullanın, Mirzağa  Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəyovun 

İrəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq 

səciyyələrinə yiyələnmələrinə təkan verib. 

Məhz həmin dövrdə İrəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr 

müxtəlifliyi genişlənib. Repertuarda Nəriman Nərimanovun "Nadir şah", Yevgeni Çirkovun 

"Yəhudilər", Jan Batist Molyerin "Zorən təbib", Mirzə  Fətəli Axundzadənin "Molla İbrahimxəlil 

kimyagər" (1910 Rejissor Yunis Nuri), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (25 iyul 



1910. Rejissor Hüseyn Ərəblinski), "Bəxtsiz cavan" (4 fevral 1911. Rejissor Yunis Nuri), Nəcəf bəy 

Vəzirovun "Müsibəti-Fəxrəddin" (10 may 1911. Rejissor Sidqi Ruhulla), Zülfüqar bəy Hacıbəyovun 

"Əlli yaşında cavan" (22 noyabr 1912. Rejissor müəllif özüdür), Aleksandr Ostrovskinin "Kimdir 

müqəssir?" (25 iyul 1913. Rejissor Yunis Nuri), Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (19 avqust 

1916. Rejissor Rza Şeyxzadə)  əsərlərinin maraqlı, teatrsevərlər tərəfindən rəğbətlə qarşılanan 

tamaşaları əsas yer tutub. 

Bakıdan və Tiflisdən fərqli olaraq, səhnəyə azərbaycanlı  qızı  İrəvanda daha erkən çıxıb. 

Qəssab  Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" 

operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi. 

1918-1927-ci illər  İrəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və 

peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. 

İyirminci  əsrin  əvvəllərində tamaşaya qoyulmuş  məşhur  əsərlər təkrar və daha kamil 

quruluşlarda tamaşaya hazırlanıb. Eyni zamanda repertuarda Yunis Nurinin quruluşunda Hüseyn 

Cavidin "Şeyda" (18 mart 1926), Bağır Cabbarzadənin quruluşunda  Şəmsəddin Saminin "Dəmirçi 

Gavə" (7 iyun 1924), Cəlil Məmmədquluzadənin "Ölülər" (20 iyul 1924), Əbdürrəhim bəy 

Haqverdiyevin "Pəri cadu" (30 avqust 1924), Üzeyir bəy Hacıbəyovun "Əsli və  Kərəm" (10 may 

1927) tamaşaları mühüm yer tutub. Teatr dəstəsi öz tamaşalarını  İrəvan  şəhərindən başqa, 

azərbaycanlıların qədim atababa torpaqları olan Zəngəzur, Göyçə, Vedibasar, Uluxanlı mahallarında 

da göstərib. 

1928-ci il mart ayının 15-də  "İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə" dövlətin 

qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə  sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə 

tapşırılıb. Truppanın  əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif 

teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb 

olunublar. 

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı  sənət ocağı kimi fəaliyyətə başlaması 

üçün fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası seçilib. Yunis Nurinin 

quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da İrəvan 

Azərbaycan Teatrının yaradıcılığının ikinci və  bədiiestetik cəhətdən daha sanballı  mərhələsi 

başlanıb. On il ərzində teatr Cəfər Cabbarlının "Aydın" (14 avqust 1928), "Sevil" (16 dekabr 1929), 

"Almaz" (14 noyabr 1934), "Yaşar" (1934), "1905-ci ildə" (13 may 1935), "Od gəlini" (1936), 

tərcümə edilmiş "Pepo" (31 yanvar 1930), Anatoli Qlebovun "İnqa" ("İncə" adı ilə. 7 noyabr 1930), 

Aleksandr Şirvanzadənin "Namus" (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən Aleksandr 

Korneyçukun "Platon Kreçet" , Boris Lavrenyovun "Hücum" əsərlərini maraqlı quruluşlarda 

oynayıb. 

"Aydın" da Əşrəf Yusifzadənin (Dövlət bəy), Həmid lbrahimovun (Aydın), "Od gəlini" ndə 

Əli Zeynalovun (Elxan), "1905-ci ildə" də Yunis Nurinin (Allahverdi), "Yaşar" da Cəmil Əliyevin 

(Niyaz), "Sevil" də Qafar Həqqinin (Babakişi), "İncə" də Xədicə İsmayılovanın (İncə), "Namus" da 

İsmayıl Dağıstanlının (Rüstəm) və  Əli Zeynalovun (Seyran) oyunları yüksək sənətkarlıq 

xüsusiyyətləri ilə yadda qalıb. Bakıdan dəvət olunmuş rejissor Yusif Yulduzun bir neçə quruluşu 

teatrın monumentalizmə meyilini gücləndirib. 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1938-1947-ci illərdə peşəkarlıq vərdişlərini daha da 

gücləndirib, milli rejissuranın üslub və forma axtarışlarını genişləndirib. Teatrda Tiflisdən gəlmiş 

Əli Şahsabahlı, Peterburqda peşə təhsili almış Baxşı Qələndərli maraqlı quruluşlar verməklə sənət 

ocağının roınantik və realist üslub xətlərini gücləndirmiş, aktyorların ifa zənginliyinə nail ola 

bilmişlər. Baxşı  Qələndərlinin rejissorluğu ilə oynanılan "1905-ci ildə" (14 fevral 1935) dramı 

teatrın sənət qələbəsinə çevrilib. Bundan sonra elə həmin il teatra Cəfər Cabbarlının adı verilib. 

Əli  Şahsabahlının rejissorluğunda Vilyam Şekspirin "Otello" (1944) faciəsinin tamaşası 

teatrın yaradıcılığında uğurlu mərhələ rolunu oynayıb. Tamaşada  əsas obrazları  Əli Zeynalov 

(Otello) və Abbasqulu Tağıyev (Yaqo) ifa ediblər. 



Bu dövrdə teatr əvvəllər oynadığı bir sıra əsərləri təkrar quruluşlarda tamaşaçılara göstərib. 

Eyni zamanda repertuarda yeni pyeslər də mühüm yer tutub. Kollektiv Mirzə Fətəli Axundzadənin 

"Hacı Qara" (Hacı Qara - Əhməd Səfayi və Yunis Nuri), Sabit Rəhmanın "Toy" komediyalarını, 

Səməd Vurğunun "Vaqif" (Vaqif  Əli - Zeynalov, Qacar - Əli  Şahsabahlı,  İbrahim xan - 

Məmmədbağır Qaraxanov), Süleyman Rüstəmin "Qaçaq Nəbi" qəhrəmanlıq dramlarını, Əbdürrəhim 

bəy Haqverdiyevin "Pəri cadu", Cəlil Məmmədquluzadənin "Ölülər" (yeni və bədii cəhətdən daha 

kamil quruluşda) faciələrini, çağdaş mövzuda Mirzə İbrahimovun "Həyat" dramını oynamaqla ciddi 

sənət uğurları qazana bilib. Tərcümə  əsərlərindən Sandro Şanşiaşvilinin "Anzor", Aleksandr 

Puşkinin "Xəsis cəngavər", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Jan Batist Molyerin 

"Jorj Danden" pyeslərinin tamaşaları teatrın janr və üslub əlvanlığını zənginləşdirib. 

Teatr dramatik xarakterli sənət ocağı olmasma baxmayaraq,  Üzeyir bəy Hacıbəyovun  

"Arşın mal alan", "Məşədi İbad" operettalarını, "Leyli və Məcnun", "Əsli və Kərəm", Zülfüqar bəy 

Hacıbəyovun "Aşıq Qərib", Müslüm bəy Maqomayevin "Şah  İsmayıl" operalarını müxtəlif 

quruluşlarda tamaşaçılara göstərib. 

İrəvan Dövlət Azərbaycan Teatrı Ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi 

təzyiqlər nəticəsində 1948-ci ildə Basarkeçər rayonuna köçürülüb. Özünümaliyyələşdirmə  iş 

prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə  çətinlikləri ilə  əlaqədar olaraq bağlanıb. 

Həmin vaxtda sənət ocağında Yunis Nuri, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev, 

Abbasqulu Tağıyev,  Şövkət  Əliyeva,  Əziz Süleymanov, Qəzənfər Məlikov, Naibə  Əliyeva, Roza 

Hüseynova, Züleyxa Babayeva, Məmmədrza Qənizadə, Xədicə İsmayılova, Hüseyn Ərəboğlu, Asəf 

Əlixanov,  Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə,  İsfəndiyar Hüseynov, Nübar 

Əlixanova kimi səriştəli, peşəkar, müəyyən sənət uğurları qazanmış aktyorlar və aktrisalar çalışıblar. 

Bakı, Gəncə, Naxçıvan teatrlarında yaradıcılıqlarını davam etdirərək SSRİ xalq artisti, 

Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar artisti fəxri adlarına 

layiq görülmüş  İsmayıl Dağıstanlı, Kazım Ziya, Əli Zeynalov, Əşrəf Yusifzadə,  Əyyub 

Haqverdiyev,  Əşrəf Quliyev, Ətayə  Əliyeva, Qafar Həqqi,  İbrahim Hüseynov (Şünasi), Həsən 

Ağayev, İmamverdi Bağırov, həmçinin tanınmış aktyorlar Məmmədsadıq Nuriyev, Kamal Qubuşov, 

Zakir Şalıbazov müxtəlif illərdə İrəvan teatrında aktyor işləyiblər. 

Teatrda tamaşaların bədii tərtibatını rəssam Rəhim Məmmədov, musiqi tərtibatını isə, əsasən, 

orkestrin rəhbəri Eyvaz Eyvazov veriblər. 

İrəvan Dövlət Azərbaycan Teatrı 1928-1934-cü illərdə  şəhərin baş meydanı yaxınlığındakı 

yarızirzəmidə  fəaliyyət göstərib. 1935-ci ildən isə öz tamaşalarını  həftədə bir dəfə  İrəvan Dövlət 

Musiqili Komediya Teatrının binasında oynayıb. 

Teatrın qabaqcıl sənətkarlarından Baxşı  Qələndərlı  əməkdar incəsənət xadimi, Yunis Nuri, 

Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev əməkdar artist fəxri adları 

ilə təltif olunublar. 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin