Qədim İrəvan xanlığının Vedibasar mahalında anadan olub. 1926-cı ildə İrəvan Pedaqoji
Texnikumunu bitirərək teatrda çalışmağa gəlib. Teatrın səhnəsində dramaturq Cəfər Cabbarlının
pyeslərinin tamaşalarında Niyaz ("Yaşar"), Məmmədəli və Babakişi ("Sevil"), İmamverdi ("1905-ci
ildə"), Hacı Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Şamama qarı ("Pəri cadu", Əbdürrəhim
bəy Haqverdiyev), Cəlal ("Həyat", Mirzə İbrahimov) kimi yaddaqalan rollar ifa edib.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının bərpadan sonraki illərində aktyor Vəli ("Arşın
mal alan"), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Mirzə Cavad ("Aydın",
Cəfər Cabbarlı), Yereat ("Baqdasar dayı", tərcümə əsəri), Hacı Salman ("Hacı Qəmbər", Nəcəf bəy
Vəzirov), Parnak ("Bir damın altında", tərcümə pyesi), Darğa ("Nəsrəddin", Yusif Əzimzadə)
rollarını məharətlə oynayıb. Aktyorun ifasında obrazlar real cizgilərlə, psixoloji dəqiqliklə verilirdi.
O, obrazın psixoloji çalarlarını, yaşantılarını ustalıqla çatdırırdı. Realist ifadə vasitələrinə üstünlük
verirdi.
1968-ci ilin yanvarında Ermənistan Respublikasının əməkdar artisti fəxri adına layiq
görülüb. Cəmil İbrahim oğlu Əliyev ömrünün sonuna qədər səhnədən ayrılmayıb və İrəvanda vəfat
edib.
Dostları ilə paylaş: