Vaqif Əsədov
5 aprel 1947-ci ildə Naxçıvanda doğulub. 1969-cu ıldə ADİİ-nın dram və kino aktyorluğu
fakültəsini bitirərək təyinatla Naxçıvan teatrına gəlib. Aktyor işləyə-işləyə bir neçə dram əsərini
tamaşaya hazırlayıb.
1982-1989-cu illərdə kollektivin baş rejissoru işləyib.
Teatrın səhnəsində Əkrəm Əylislinin "Mənim nəğməkar bibim", "Bir cüt bədmüşk ağacı",
"Qiymətli qafiyələr", Həmid Arzulunun "Əlincə qalası", Paolo Messinanın "Sükut divarı", Sofokiun
"Elektra", Ramiq Muxtarın "Şəhərli kürəkən", Mirzağa Atəşin "Cırtdan" dramlarına, Cavid Poeziya
Teatrında Hüseyn Cavidin "Azər" poemasına, "Mənim tanrım gözəllikdir, sevgidir", Məmməd
Arazın "Azərbaycan, dünyam mənim" bədii-dramatik kompozisiyalarına quruluş verib.
Vaqif Əsədov 9 yanvar 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına
layiq görülüb.
1989-cu ildə köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrına quruluşçu rejissor göndərilib.
Dostları ilə paylaş: |