Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə236/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   470
 

Nəsir Sadıqzadə 

 

Füzuli, Gəncə, İrəvan, Sumqayıt teatrlarında quruluşçu rejissor və baş rejissor 



işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1970-

1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Burada Bəxtiyar Vahabzadənin "Yağışdan 

sonra" (27 dekabr 1972), İlyas  Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Sergey 

Mixalkovun "Xərçənglər" (29 may 1982) pyeslərinə quruluş verib. 



 

Vəli Babayev  

 

Rejissor Naxçıvanda doğulub (17.2.1945-22.1.1989). Orta məktəbi bitirəndən sonra bir il 



Naxçıvan DMDT-nin yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq 

fakültəsini bitirib (1962-1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib.  İlk 

quruluşu olan Georgi Mdivaninin "Konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr 

ictimaiyyətində böyük maraq doğurub. 1972-1974-cü illərdə Moskvada Anademik Bədaye 

Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli 

Allahverdi oğlu Babayev 1974-cü il iyun ayının 1-də Azərbaycan Respublikasının  əməkdar artisti 

fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri 

ilə  səsləşirdi. O, avanqard teatr janrlarının  əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika 

xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından 

onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (10 fevral 1967) və "Od 

gəlini" (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (29 dekabr 1968), Lope 

de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin "Dəli 

yığıncağı" (23 may 1975), Avksenti Saqarelinin  "Tiflis yengələri"  ("Xanuma".  30 oktyabr 1976), 

Anarın "Adamın adamı" (12 fevral 1977), Rüstəm  İbrahimbəyovun  "Yaşıl qapı arxasında qadın"  

(21  may 1978), Karlo Haldoninin "Məzəli hadisə" (7 may 1979), Əkrəm  Əylislinin "Quşu uçan 

budaqlar" (23 sentyabr 1980), Çingiz Aytınatov və Koltay Məhəmmədcanovun  "Fudzi dağında 

qonaqlıq"  (8 oktyabr 1981), Hüseyn Cavidin "Şeyx Sənan" (24 aprel 1982), Orxan Kamalın "Yad 



qızı" (7 yanvar 1983), Aleksandr Puşkinin "Qaraçılar" (30 dekabr 1984), Rəsul Rzanın "Bir gün də 

insan ömrüdür" (26 noyabr 1987) əsərlərinə verdiyi səhnə quruluşlarıdır. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin