İSA MUSAYEV (27.11.1912 - 4.2.1976)
Teatrda zəngin yaradıcılıq yolu keçib. Uzun illər, əsasən, dram əsərlərində qəhrəman və baş
rolların əsas ifaçılarından biri olub. Komediyalarda az, lakin çox koloritli obrazlar da oynayıb. İsa
Həsən oğlu Musayev 27 noyabr 1912-ci ildə Naxçıvanda doğulb. Yeddinci sinifi bitirdikdən sonra
əvvəlcə Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. Lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq
Bakıya gəlib və burada Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. İxtisas təhsilini alaraq
Naxçıvana qayıdıb və teatrda aktyorluq fəaliyyətinə başlayıb.
İsa Musayev 1942-1944-cü illərdə Quba DDT-də direktor və bədii rəhbər işləyib. Eyni
zamanda Səməd Vurğunun "Vaqif" (Vaqif), "Fərhad və Şirin" (Fərhad), Cəfər Cabbarlının "Od
gəlini" (Elxan), "Aydın" (Aydın), Süleyman Rüstənıin "Qaçaq Nəbi" (Qaçaq Nəbi) əsərlərinin
tamaşalarında baş rolları ifa edib. Yenidən Naxçıvana qayıdan aktyor bütün qüvvəsini doğma teatrın
yaradıcılıq tərəqqismə həsr edib. Bunun üçün də 17 iyun 1943cü ildə Azərbaycan Respublikasının
əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar Naxçıvanda
vəfat edib.
Aktyorun əsas rollarından təqdim olunan müəyyən nümunələr onun yaradıcılığının diapazon
genişliyini, vüsət və möhtəşəmliyini görmək üçün kifayətdir. Otello, Hamlet ("Otello" və "Hamlet",
Vilyam Şekspir), Karl Moor ("Qaçaqlar", Fridrix Şiller), Qurban, Nəcəf bəy ("Pəri cadu" və
"Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Rza, Balaş, Elxan, Oqtay, Aydın,Yaşar
("Nəsrəddin şah", "Sevil", "Od Səlini", "Oqtay Eloğlu", "Aydın" və "Yaşar", Cəfər Cabbarl),
Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Səyavuş, Şeyx Sənan ("Səyavuş" və "Şeyx
Sənan", Hüseyn Cavid), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Qaçan Nəbi ("Qaçaq
Nəbi", Süleyman Rüstəm), Dərviş Məstəli şah Teymur ağa, Heydər bəy ("Müsyö Jordan və dərviş
Məstəli şah", "Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Nadir şah
("Nadir şah", Nəriman Nərimanov), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Süleyman
("Həyat", Mirzə İbrahimov), Piri baba ("Vətən", Abdulla Şaiq), Çingiz ("Eşq və intiqam", Süleyman
Sani Axundov).
İsa Musayev aktyorluqla yanaşı, yaradıcılığının formalaşmağa başladığı ilkin dövrlərində
rejissorluqla da məşğul olub. Yaradıcılıq uğurlarına görə 17 iyun 1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub. 4
fevral 1976-cı ildə Naxçıvanda vəfat edib.
Dostları ilə paylaş: |