NAXÇIVAN DÖVLƏT MUSİQİLİ
DRAM TEATRINDA AKTYOR YARADICILIĞI
Birinci dərs
Azərbaycanın digər bölgələrində, yəni Bakıda, həmçinin Tiflisdə, İrəvanda olduğu kimi,
Naxçıvanda da ilk teatr həvəskarları maarifpərvər ziyalılar olublar. 1910-cu illərin sonlarından
başlayaraq peşəkar aktyorluq inkişaf etməyə başlayıb. Səhnəyə daha böyük inamla bağlanan
həvəskarlar aktyorluğu peşə seçiblər. Teatr dövlət statusu alandan sonra kollektivə yeni-yeni
istedadlar gəliblər. Başqa sənət ocaqlarından da buraya istedadlı teatr fədailəri dəvət olunublar.
Naxçıvanda Dövlət Dram Teatrı fəaliyyətə başlayanda onun truppasında Əli Xəlilov, Rza
İsfəndiyarlı, Səməd Mövləvi, Mirhəsən Mirişli kimi təcrübə qazanmış aktyorlar vardı. İlbəil truppası
yeniləşən kollektiv 1940-cı ilə qədər heyətini Mahmud Qazıyevin, Həsən Səfərlinin, Kazım
Hüseynovun, İsa Musayevin, Əyyub Məmmədovun, Zina Budaqovanın, Xədicə Qazıyevanın, Firuzə
Əlixanovanın, Əyyub Haqverdiyevin, Tamara Məmmədovanın, Pakizə Məmmədovanın, Sürəyya
Qurbanovanın, Rüxsarə Ağayevanın, Yusif Haqverdiyevin hesabına qüvvətləndirib, formalaşdırıb
və geniş inkişaf yoluna çıxıb.
* * *
Dostları ilə paylaş: |