ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001)
Aktyor Əkbər Qardaşbəyov 15 mart 1923-cü ildə Naxçıvanda doğulub. Orta məktəbdən
aktyorluqla maraqlanıb, dram dərnəklərində çıxış edib. Naxçıvan DMDT-nin truppasına 1943-cü
ildə daxil olub.
Əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb.
Realist aktyor məktəbinə mənsubdur. Tipaj yaratmaq, Tiraj oyun üslubuna üstünlük verib,
qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə lementlərindən ustalıqla istifadə edib.
Əkbər Hacı oğlu Qardaşbəyov 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar
artisti, 12 iyun 1987-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları: Baqqal Xəlil ("Qaçaq Nəbi",
Süleyman Rüstəm), Azər baba ("Fərhad və Şirin", Səməd Vurğun), Mirzə Hüseyn ("Toy", Sabit
Rəhman), Bəhruz ("Yarımçıq şəkiİ", Adil Babayev), Elman ("Vətən", Abdulla Şaiq), Şeyx Hadi,
Gərşivəz ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Çingiz ("Eşq və intiqam", Süleyman Sani
Axundov), Molla Abbas, Həkim, Şeyx Nəsrulla ("Dəli yığıncağı", "Anamın kitabı" və "Ölülər",
Cəlil Məmmədquluzadə), İnfil ("Azərbaycan, dünyam mənim", Məmməd Araz. Poetik-dramatik
kompozisiya), Sərvər, Soltan bəy ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov),
Toğrul, Fərhad, Fuad, Səməd bəy, Məmmədəli bəy, Molla Möhsün, Novruz bəy ("Yaşar",
"Nəsrəddin şah", "Almaz", "Oqtay Eloğlu", "Sevil", "Solğun çiçəklər" və "Aydın", Cəfər Cabbarlı),
Ata ("Astana", Aleksandr Dudarev), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Nuru Sayaner
("Toros canavarı", Əziz Nesin), Knyaz ("Xanuma", Avksenti Saqareli), Verşinin ("Zirehli qatar 14-
69", Vyaçeslav İvanov).
Əkbər Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib.
Dostları ilə paylaş: |