Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə212/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   ...   470
Ələkbər Seyfı  

 

Tiflis  şəhərində doğulub. "İttifaq" məktəbində  təhsıl alıb. Səhnəyə ilk dəfə  şagırd vaxtı,  



1914-cü ilin əvvəllərində    "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxıb. 

Bundan sonra məktəb tamaşalarında kiçik rollar oynayıb.  1917-ci ildə  "İbrət" dram dərnəyinə üzv 

olub. Truppanın yaradıcı heyətinə çox tez isinişib. Tezliklə o, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri 

cadu" (Hafizə xanım), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Feyzulla), Şəmsəddin Saminin 

"Dəmirçi Gavə" (Pərviz), Nəriman Nərimanovun "Nadir şah" (Rzaqulu xan), Nəcəf bəy Vəzirovun 

"Müsibəti-Fəxrəddin" (Mahmud bəy), Hüseyn Cavidin "Maral (Cəmil bəy), Üzeyir bəy 

Hacıbəyovun "Arşın mal alan" (Vəli və Telli),  İsa bəy Aşurbəylinin   "Azərbay və Can"  (Can),  

Cəlil Məmmədquluzadənin "Ölülər" (Müəllim), Nəcəf bəy Vəzirovun "Hacı  Qəmbər" (Yetər) 

pyeslərinin tamaşalarında çıxış edib.  

Ələkbər Seyfi 1922-ci ildən başlayaraq Tiflis Dövlət Azərbaycan Dram Teatrında yeddi il 

işləyib. Bu dövrdə  İkinci zabıt ("İblis", Hüseyn Cavid), Şeyx Abuzər və Serqo ("Şeyx Sənan", 

Hüseyn Cavid), Pyotr İvanoviç ("Müfəttiş", Nikolay Qoqol), Vəli ("Arşın mal alan", Üzeyir bəy 

Hacıbəyov), Cücə ("Topal  Teymur",   Hüseyn  Cavid),   Kərəməli ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə), Hambal ("Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov),  Əşrəf ("Hacı  Qəmbər", Nəcəf bəy 

Vəzirov), Əbdüləli bəy ("Sevil", Cəfər Cabbarlı) rollarını oynayıb. 

Ələkbər Seyfi 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin