MİRZƏXAN QULİYEV
Aktyor və rejissor olub. Tanınmış teatr xadimlərindən Mustafa Mərdanov, Möhsün Sənani,
Reyhan Tağıyeva kimi tanınmış aktyorlarda səhnə sənətinə ilk məhəbbəti Mirzəxan Quliyev oyadıb.
O, həvəskar aktyorluğa XIX əsrin sonlarından başlayıb.
Aktyor təbiəti etibarilə yumora meyilli olub. Yaradıcılığı komediya janr-üslubunda daha
parlaq şəkildə təcəssüm tapıb.
Gəncliyində şəbihgərdan kimi də tanınıb. Özü həm şəbih tamaşalarının və əza qafiləsinin
rejissoru olub, həm də bu mərasimlərdə aktyor kimi çıxış edib.
Mirzəxan Quliyev səhnədə Seyfulla ("Xor-xor"), Dursunəli ("Dursunəli və ballıbadı"), Təbib
("Zorən təbib"), Jorj Danden ("Jorj Danden"), Cəbi və Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura
düşdük"), Muradxan və Orduxan ("Əlli yaşında cavan"), Qubad ("Dəmirçi Gavə"), Mirzə Mehdi
("Nadir şah"), Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Kərəməli və Xəlil yüzbaşı ("Hacı
Qara"), Dərviş Məstəli şah ("Müsyö Jordan və dərviş Məstəli şah") rollarında daha böyük uğurlar
qazanıb.
Onun aktyorluq ifadə vasitələri səmimiyyəti, xalq meydan tamaşalarına bağlılığı,
hərəkətlərinin plastik zərifliyi ilə seçilib.
Mirzəxan Quliyev rejissor kimi də səmərəli işlər görüb. Mirzə Fətəli Axundzadənin "Hacı
Qara", "Lənkəran xanının vəziri", "Müsyö Jordan və dərviş Məstəli şah", Sultanməcid Qənizadənin
"Xor-xor", Rəşid bəy Əfəndiyevnin "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Qan ocağı", Nəcəf bəy
Vəzirovun "Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər", Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın
mal alan" əsərləri onun quruluşunda Tiflis teatrında uğurla oynanıb.
Dostları ilə paylaş: