Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə205/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   470
 

 

AMDT-nin REJİSSOR YARADICILIĞINDA 

FORMA AXTARIŞLARI  

(1980-2004) 

 

Konkret   sənətkarın   yaradıcılıq   təzahürünün   əsas amili üslub və forma vəhdətidir. Bu 



üslub və forma vəhdəti eyni zamanda teatr prosesinin obyektiv və subyektiv tələblərinə cavab verir. 

XX  əsrin sonunu və XXI əsin  əvvəllərini  əhatə edən Azərbaycan teatr prosesinin başlıca 

səciyyəsi bilavasitə keçid dövrünün tələbləri ilə müəyyənləşdirilir. Ona görə  də konkret 

sənətkarların yaradıcılıqları, həmçinin rejissorların fəaliyyətlərinin mahiyyəti məhz bu hadisə ilə 

təmin və təyin olunur. Bu obyektiv göstərici hər konkret sənətçinin subyektiv yaradıcı düşüncələri 

və onun bədii yaradıcılıqda estetik təzahürləri ilə çuğlaşaraq çağdaş Azərbaycan rejissurasının 

mənzərəsinin geniş panoramını yaratmaqdadır. 

Akademik Milli Dram Teatrı səhnə sənətimizin flaqmanı kimi Azərbaycanda aparıcı rejissor 

üslub və formalarının parlaq sınaq meydanı olub. Hazırda bu teatrda quruluşçu rejissor ştatlarında 

qocaman nəslin nümayəndəsi Ağakişi Kazımov, orta nəslin görkəmli sənətkarı Azər Paşa Nemət, 

gənclik dövrlərini təzəcə adlayan Bəhram Osmanov, Əsgər  Əsgərov, Mehriban Ələkbərzadə 

işləyirlər. 

Ağakişi Kazımovun (28 iyun 1935) rejissura sənətində çox zəngin təcrübəsi, dəyərli 

nailiyyətləri var. Rejissor Ağakişi Kazımovun quruluşları monumental səhnə  həlli, çılğın 

temperamenti,  ənənəyə sadiqliyi ilə  səciyyəvidir. Rejissor daha çox romantik teatr estetikasından 

istifadə edir. Ənənəvi formalara sadiq qalan rejissor çağdaş  sənət estetikasının müxtəlif forma 

prinsiplərindən istifadə etməsə də, fikir, düşüncə baxımından çağdaş duyğulara can atandır. 

Rejissor Ağakişi Kazımovun yaradıcılığının başlıca estetik mahiyyətini təcəssüm etdirən əsas 

quruluşları bunlardır. 

Sumqayıt Dövlət Dram Teatrında. "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov. "Toy", Sabit 

Rəhman. 



Gənc Tamaşaçılar Teatrında. "Rüstəm və Söhrab", İsgəndər Coşqun (Firdovsinin "Şahnamə" 

əsəri əsasında), "Komsomol poeması", İsgəndər Coşqun. 

Akademik Milli Dram Teatrında. "Darıxma, ana!", Nodar Dumbadze. "Qəribə oğlan", İlyas 

Əfəndiyev. "Özümüzü kəsən qılınc" ("Göytürklər"), Bəxtiyar Vahabzadə. 

Azər Paşa Nemət (13 avqust 1947) öz quruluşlarında Çagdaş dünya modern teatr 

estetikasının milli teatr düşüncəsi ilə sintezinə möhtəşəmliklə nail olur. Paradoksal psixoloji 

sıtuasiyanı qabarıq verməklə özünün rejissor ideyalarını aktyorların ifadəli oyunlarında həll edir. 

Funksional səhnəqrafiyanın imkanlarından cəsarətlə istifadə etməklə onu mürəkkəb, dolğun, estetik 

obraz kimi tamaşanın əsasma çevirir. 

Azər Paşa Nemətin rejissor üslubunun genetik kökləri neokonservatizın (yeni konservatizın) 

fəlsəfi-estetik düşüncəsindən qaynaqlanır. Həmin düşüncənin teatr təzahürü hər hansı tamaşanın 

estetikasını önə  çəkir, məzmun qatını  ədəbi və  əbədi kontekstdə  təqdim edir. Müəyyən mənada 

modern teatr sənəti düşüncəsinə opponent olan bu düşüncə formanın estetik bitkinliyini həlledici 

sayır. O, estetik qavrayışı publisistik münasibətlərdən üstün tutur. 

Onun rejissurasının üslub və forma səciyyələri, janr axtarışlarının estetik prinsipləri daha 

qabarıq və daha fəlsəfi bitkinliklə aşağıdakı tamaşalara verdiyi quruluşlarda özünü göstərir. 

Gənc Tamaşaçılar Teatrında. "Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə. "Fudzi 

dağında qonaqlıq", Çingiz Aytınatov. "Təmas", Rüstəm  İbrahimbəyov. "Müsyö Jordan və  dərviş 

Məstəli şah", Mirzə Fətəli Axundzadə. "Yelkənlər üzərində nəğməli külək", Karlo Haldoni. 

Akademik Milli Dram Teatrında. "Ah, Paris... Paris!..", "Mənim  ərim dəlidir", "Mənim 

sevimli dəlim", Elçin. "Biganələr oteli", Rüstəm İbrahimbəyov. "Hamlet", Vilyam Şekspir. 

Azər Paşa Nemət həmçinin Tiflis, Peterburq, İrəvan, Tallin, Moskva şəhərlərində də maraqlı 

quruluşlar verib. 

Fərdi üslubunu illərlə Qroznı, Sumqayıt və Akademik Milli Dram Teatrında təsdiqləyən, onu 

formalaşdıran Mərahim Fərzəlibəyov özünün zəngin yaradıcılıq bioqrafiyasını yaradıb. 

Tamaşalarını, əsasən, açıq sistemdə, yəni publisist-estetika dəqiqliyi ilə qurur. Buna görə də çalışır 

ki, səhnədə istifadə etdiyi bütün detallar tamaşa salonundan oxunsun. Əlvan və parlaq kompozisiya 

qurmaqda səriştəlidir. 

Mərahim Fərzəlibəyov (26 iyun 1949) Azərbaycan romantik-publisistik teatr düşüncəsinin 

yeni tarixi dövrdə (1977-ci ildən üzü bəri) parlaq nümayəndələrindən biridir. O, forma və məzmun 

vəhdətini ənənəvi olaraq başhca prinsip kimi qəbul edir. Qəbul edir və bunu tamaşanın bədii-estetik 

mahiyyətində  həssaslıqla  əridə bilir. Tamaşanın ideyasını publisist teatr ənənəsinin  əsaslarında, 

romantik üslubun prinsipləri zəminində (qeyri-adi insan qeyri-adi şəraitdə) həll edir. Bu baxımdan 

rejissorun bir neçə tamaşasını göstərmək olar. 

Sumqayıt Dövlət Dram Teatrında. "Poladəridənlər", Qennadi Bokarev. "Bütün Şərq bilsin", 

Nəriman Həsənzadə. "Sərbəst mövzu", Aleksandr Çxaidze. 

Akademik Milli Dram Teatrında.  İlyas  Əfəndiyevin "Şeyx Xiyabani", "Xurşidbanu 

Natəvan", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə  ağacı", 

"Hökmdar və  qızı" pyeslərinə verdiyi quruluşlar. "Sokratı anma gecəsi", Çingiz Aytmatov və 

Muxtar Şahanov. "Fedra", Jan Rasin. "Qadın faciəsi", Federiko Qarsia Lorea. "Mənsiz dünya", Nəbi 

Xəzri. "Təhminə və Zaur", Anar. 

Çox gənc yaşlarından populyarlıq qazanmış  Bəhram Osmanov (1 oktyabr 1962) səhnə 

düşüncə tərzinin çoxqatlılığı, fəlsəfi dərinliyi ilə seçilir. O, intim-psixoloji və lirik-psixoloji üslubun 

estetik prinsipləri  əsasında parlaq tamaşalar yaradıb. Tamaşalarda aktyor oyununu önə  çəkir. 

Rejissor kimi yaradıcılığının əsas estetik səciyyəsini orijinal və təkrarsız, yeni və çağdaş ruhlu janr 

axtarışları  təşkil edir. Obrazh ifadə vasitələrinə üstünlük verir və bunu paralel, kəsişən, 

genişmiqyaslı, sərt çarpazlaşan səhnə mizanlarında xüsusi məharətlə təcəssüm etdirir. 

Söylədiyim nəzəri fikirlər özünün estetik həllini onun Akademik Milli Dram Teatrında 

hazırladığı "Qızıl teşt" (Seyran Səxavət), "Şah Edip" (Sofoki), "Kral Lir" (Vilyam Şekspir), "Şüşə 



heyvanxana" (Tennessi Uilyams), "Qarağaclar altında məhəbbət" (Yucin O'Nil), "Ağqoyunlular və 

Qaraqoyunlular" (Əli Əmirli), "Ulduz, yaxud Ədirnə fəthi" (Cəfər Cabbarlı) tamaşalarının üslub və 

forma xüsusiyyətlərində daha parlaq şəkildə təcəssüm etdirir. 

Rejissor yaradıcılığına 1970-ci illərin ikinci yarısından başlamış Vaqif İbrahimoğlu (18 

oktyabr 1949) bu gün fərdi üslubu ilə seçilən ən məşhur rejissordur.  Özünün yaratdığı "Yuğ" Dövlət 

Teatrının bədii rəhbəridir. Onun yaradıcılıq metodu başlıca olaraq forma və  məzmun üzərində 

eksperimentlər aparmaqla səciyyəvidir. Marksist-leninçi estetikanın başlıca prinsipinə, "məzmun 

formanı  təmin edir" qənaətinə tam zidd olaraq Vaqif İbrahimoğlu  Şərq sənət düşüncəsinin 

kanoniklik kimi forma və məzmun yaradan amilini qəbul edib. Bəlli olduğu kimi, klassik Şərq sənət 

düşüncəsində  məzmun qatı qeyri-informatik, yəni öncədən bəlli və  hər hansı  bədii-estetik forması 

aydın olan məzmunu (informasiyanı) yaddaşdan "üzə" çıxarır. Çıxarıb onu emosional halda yenidən 

yaşatmağa, duydurmağa, hiss etdirməyə yönəldir. Bu hal bütövlükdə  İslam mədəniyyətinin və 

incəsənətinin bədii yaradıcılığının təməlidir.  İslam mədəniyyətinin və incəsənətinin təməl dili isə 

"Qurani-Kərim" deməkdir. 

Vaqif  İbrahimoğlunun söykəndiyi üslub özəllikləri eyni zamanda ümumtürk və konkret 

olaraq özəlliklə  oğuz türklərinin bədii-yaradıcı düşüncəsinin prinsipləridir. Burada etnik məzmun 

qatı etnik yaddaşda mövcuddur. 

Dədə Qorqud öz dinləyicilərinə yeni bilgi vermirdi, olmuş  və hamıya bəlli hadisələri 

danışırdı. "Dirsə xan oğlu Buğac boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Duxa qoca oğlu 

Dəli Domrul boyu" və digər boyların məzmununu Oğuz elində hamı bilirdi. Ancaq dinləyicilər bu 

boyları Qorqud Dədənin necə danışacağına maraq göstərirdilər. Deməli, söhbət təzə formanın 

intizarından gedir. Vaqif İbrahimoğlu forma təqdimatında "Dədəm Qorqudun kitabı"nın poetika 

göstəricilərinin oyun-tamaşa prinsiplərindən də bəhrələnir. 

Vaqif İbrahimoğlu yuxarıda göstərdiyim bazisli prinsipləri çağdaş modern teatr çərçivəsində 

və institusional teatr sənətinin sistemliyində realizə edir. Həmin realizədə o, psixosof (psixaruh, 

sofiya hikmət deməkdir. Ruhun hikmətləri) poetikasının forma və üslubunu təcrübi tərzdə öz 

tamaşalarında böyük cəsarət və uğurla sınayaraq təsdiqləyir. Bu baxımdan onun hazırladığı "Oğul" 

və "Xatun" ("Dədəm Qorqudun kitabı" dastanlarının boyları  əsasında), "Leyli demə..." və "Dad" 

(Füzulinin "Leyli və  Məcnun" poemasma istinadən), "Yol" (Məhəmməd Füzulinin "Həqiqətüs-

süəda"  əsərinin ruhunda), "Açar" (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" məsnəvisi zəminində), 

"Sentimental vals" (Anton Çexovun hekayələri üzərində qurama), "Səma" (Şah  İsmayıl Xətainin 

"Dəhnamə" məsnəvisi  əsasında), "Cənab O" (Cəlil Məmmədquluzadənin "Ölülər" 

tragikomediyasının motivləri üzərində  işləmə), "Salam" (Məhəmmədhüseyn  Şəhriyarın 

"Heydərbabaya salam" noemasının səhnə  həlli), "Bir-iki, bizimki" (Kamal Abdulla), "Müqəvva" 

(Firuz Mustafayev), "Canımda can" (İbrahim İbrahimli) tamaşaları daha xarakterikdir. 

Rejissuraya ötən  əsrin yetmişinci illərinin sonlarında  Şəki teatrından gəlmiş Hüseynağa 

Atakişiyev (8 sentyabr 1949) hazırda özünün yaratdığı Dövlət Gənclər Teatrında baş rejissor işləyir. 

XX  əsrin teatr düşüncəsinə, xüsusən forma və  məzmun vəhdətinin inkişafına güclü təkan verən 

Yevgeni Vaxtanqov və Bertolt Brext ənənəsini milli teatr prosesi çərçivəsində inkişaf etdirir. O, 

kəskin və aktual məzmunu parlaq teatrallıq formasında həll etməyə bacarıqla nail ola bilir. 

Hüseynağa Atakişiyevin üslub və forma axtarışları, janr yenilikləri  Şəki Dövlət Dram 

Teatrında quruluş verdiyi "Artur Uinin karyerası" (Bertolt Brext), "Lənkəran xanının vəziri" (Mirzə 

Fətəli Axundzadə), Akademik Milli Dram Teatrında hazırladığı "Yayda qartopu oyunu" (Vaqif 

Səmədoğlu), "Böyük Romul" (Fridrix Dürrenmatt), "Həyatın dibində" (Maksim Qorki), Dövlət 

Gənclər Teatrında quruluş verdiyi "Karmen" (Prosper Merime), "Maqbet" və "Hamlet" (Vilyam 

Şekspir), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Yeddi məhbusə" (Əli  Əmirli), "Şah  İsmayıl, yaxud 

hamı səni sevənlər burdadır" (Kamal Abdulla) tamaşalarında özünün parlaq təcəssümünü tapıb. 

Bakı Kamera Teatrının baş rejissoru Cənnət Səlimova, Pantomima Dövlət Teatrının bədii 

rəhbəri Bəxtiyar Xanızadə  işlədikləri kollektivlərin estetik prinsiplərinə uyğun üslub və forrna 



tələbləri dairəsmdə axtarışlar aparırlar. Onların hazırladıqları tamaşaların janr təyinini  ən öncə elə 

teatrların özlərinin estetik qurumu müəyyənləşdirir. 

Dramaturq Rəhman Əlizadə (13 dekabr 1947) həm də rejissorluqla məşğul olur. Azərbaycan 

Dövlət Kukla Teatrının baş rejissorudur. Müəlliflik rejissoru (öz pyeslərini özü hazırlayan rejissor) 

kimi Rəhman Əlizadə Azərbaycan teatrının yeganə nümayəndəsidir. Onun rejissor üslubu bilavasitə 

özünün dramaturji fəaliyyəti ilə müəyyənləşdirilir. Rəhman  Əlizadə  əslində müəllifi olduğu dram 

əsərlərini səhnədə realizə edir. Dramaturgiyamızda Mirzə Cəlil poetikasının davamçısı olan Rəhman 

Əlizadə öz əsərlərində, bir qayda olaraq, "fantastik-realizm" fəlsəfi, bədii-estetik düşüncəsinə 

əsaslanaraq realizm (adi insan adi situasiyada) göstəricilərini qeyri-adi situasiyalarda sınaqdan 

keçirir. 

Azərbaycan Dövlət Opera və Balet Teatrında, Gənc Tamaşaçılar Teatrında, Musiqili 

Komediya Teatrında çağdaş dövrdə quruluş verən rejissorlar sənət ocaqlarının mövcud normativ 

şərtlərindən kənara çıxa bilmirlər. 

Azərbaycanda əyalət teatr anlayışı var. Bu, məhəlli, regional anlayış deyil. Həmin teatrlarda 

fəaliyyət şərtləri (texnika, avadanlıq və sairə) rejissura sənətini müəyyənləşdirir. Rejissorlar bir növ 

vəziyyətin sərt reallıqları ilə "barışaraq" prosesin içində  fəaliyyət göstərirlər. Rejissorlar və 

bütövlükdə  əyalət teatrları sadəcə olaraq Azərbaycana teatr prosesinin tərkib hissəsi kimi onu 

yerlərdə yaşadırlar. 

Bu dediklərim isə həmin teatrları Azərbaycan teatr prosesi anlamına şamil etməyə əsas verir. 

Bununla belə,  əyalət teatrlarının yaradıcılıq qurumunun müxtəlif estetik mahiyyətləri fundamental 

teatrşünaslıqda hələ də lazımınca öyrənilməyib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin