1986, 20 dekabr. "Şeyx Xiyabani", İlyas Əfəndiyev. Quruluşçu rejissor Mərahim
Fərzəlibəyov, rəssam Solmaz Haqverdiyeva. Bu tamaşadakı rolları Həsən Turabovun (Şeyx
Xiyabani), Bürcəli Əsgərovun (Hacı Fərhad), Amaliya Pənahovanın (Xanım Mahnur), Fuad
Poladovun (Mübarək Səltənə), Nurəddin Mehdixanlının (Məşədi Təhməz), İlham Əsgərovun (Sarı
Mərdan) yaradıcılıqlarında yeni aktyorluq keyfiyyətləri kəsb etmələri ilə səciyyəvidirlər.
1987, 10 sentyabr. "Mənsiz dünya", Nəbi Xəzri. Quruluşçu rejissor Mərahim Fərzəlibəyov,
rəssam Rasim Babayev, bəstəkar Arif Məlikov. Baş rolları Əliabbas Qədirov (Mirzə Şəfi), Amaliya
Pənahova (Zübeydə xanım), Həsən Turabov (Hacı Əsədulla), Məlik Dadaşov (Bodenştedt), Səyavuş
Aslan (Qərib Qulam) ifa ediblər.
1988, 9 aprel. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev. Quruluşçu rejissor Mərahim
Fərzəlibəyov, rəssam Elçin Aslanov, bəstəkar Emin Sabitoğlu. Mövzu və süjet baxımından 1968-ci
ildə oynanılmış "Unuda bilmirəm" tamaşasındakı hadisələrin iyirmi ildən sonraki davamı olan
əsərdə əsas rollar yenə də Həsən Turabova (Kamran), Amaliya Pənahovaya (Nərmin) və Muxtar
Avşarova (Kərəm dayı) tapşırılmışdı.
Mərahim Fərzəlibəyovun quruluşunda İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"
(21 aprel 1989), "Tənha iydə ağacı" (6 mart 1991), "Dəlilər və ağıllılar" (9 noyabr 1992), "Hökmdar
və qızı" (15 dekabr 1996) pyesləri də maraqlı səhnə təcəssümü tapıb.
Dostları ilə paylaş: |