Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə197/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   470
AKADEMİK MİLLİ DRAM TEATRI  

(1985-2004) 

 

Teatrın 1985-1986-cı il mövsümdə ilk yeni tamaşası oktyabr ayının 12-də olub. Mərahim 



Fərzəlibəyovun quruluşunda Anarın "Təhminə  və Zaur" dramının tamaşası göstərilib. Tamaşada 

oxunan mahnıların  şeirləri Nigar Rəfibəylinin idi və musiqisini Emin Sabitoğlu bəstələmişdi. 

Rəssamı Nüsrət Fətullayev olan tamaşada  əsas rolları Amaliya Pənahova (Təhminə) və Fuad 

Poladov (Zaur) oynayırdılar. 

İlin əvvəlində teatra baş rejissor təyin olunmuş Hüseynağa Atakişiyevin bu mövsümdə təzə 

işi Maksim Qorkinin "Həyatın dibində" (16 noyabr) dramının tamaşası oldu (tərcüməçi Ənvər Ülvi, 

rəssam Solmaz Haqverdiyeva, bəstəkar Aydın  Əzimov). Aktyor ifaçıl;ğı baxımından müəyyən 

yeniliyi ilə seçilən səhnə  əsərində  nəzəri cəlb edən  əsas oyunlar Səyavuş Aslana (Luka), Hamlet 

Xanızadəyə (Kleş), Fuad Poladova (Baron), Səməndər Rzayevə (Satin), Yaşar Nuriyevə (Aktyor), 

Safurə İbrahimovaya (Vasilisa Karpovna) məxsus idi. 

Baş rejissor növbəti tamaşasını da tərcümə pyesi əsasında hazırladı. Akademik teatrın 

tarixində ilk dəfə Fridrix Dürrenmattın yaradıcılığına müraciət olundu və dramaturqun "Böyük 

Romul" pyesi Tofiq Rüstəmovun tərcüməsində tamaşaya qoyuldu. Bu əsəri də "Həyatın dibində" 

tamaşasının yaradıcı heyəti hazırlamışdı. Romul Avqustul rolu Səyavuş Aslana tapşırılmışdı. 

1985-2004-cü illər  ərzində teatrın yaradıcı  rəhbərliyində  dəyişikliklər olub. Baş rejissor 

Hüseynağa Atakişiyev 1988-ci ilin axırlarında vəzifəsindən istefa verdi və 1989-cu ilin martında 

teatrdan çıxaraq müstəqil kollektiv yaratdı. Keçən ildən teatra direktorluq edən Həsən Turabov 



1989-cu il yanvarın 15-də kollektivə həm də bədii rəhbər təyin olundu. O, 13 dekabr 2001-ci ildə 

yuxarıların təkidi ilə istefa verdi və dekabrın 26-da bu Kürsü teatrın aktyoru Əliabbas Qədirova 

tapşırıldı. 

İyirmi ildə teatrın əsas repertuar ağırlığı, əsasən, çağdaş dramaturqlardan İlyas Əfəndiyevin 

yaradıcılığının üzərinə düşüb. Kollektivin bir sıra uğurlu yaradıcılıq nailiyyətləri olub. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin