1981-ci il. Polkovnik Əmir. "Səhra yuxuları", Anar.
1986-cı il. Şeyx Xiyabani. "Şeyx Xiyabani", İlyas Əfəndiyev.
1987-ci il. Hacı Əsədulla. "Mənsiz dünya", Nəbi Xəzri.
1988-ci il. Kamran. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev.
Qırx il ərzində aktyor teatrın səhnəsində Nazim Hikmətin "Şöhrət və ya unudulan adam"
(Qatil), Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (Aryaka), Səməd Vurğunun "Vaqif" (Əli
bəy, İlyas və Vaqif), "İnsan" (Şahbaz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Kamal), Həsən
Seyidbəylinin "Bağlı qapılar" (Qürbət), Şekspirin "Otello" (Birinci qasid), "Antoni və Kleopatra"
(Eros), Hüseyn Cavidin "Şeyx Sənan" (Özdəmir), "Səyavuş" (Birinci dəliqanlı), "İblis" (İblis),
Aleksis Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası". Anastasis), Mehdi Hüseynin "Alov"
(katib), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Erix), Şıxəli Qurbanovun "Əcəb
işə düşdük" (Misirxanov), "Sənsiz" (Tərlan), Viktor Hüqonun "Mariya Tüdor" (Cəllad), Mirzə
İbrahimovun "Yaxşı adam" (Azər), "Közərən ocaqlar" (Lenin), Fridrix Şillerin "Orlean qızı"
(Lionel), İlyas Əfəndiyevin "Mənim günahım" (Xansu), Aleksey Kaplerin "Tufanlı il" (Vasili),
Seyfəddin Dağlırun "Mənziliniz mübarək!" (Elgün), Maksim Qorkinin "Meşşanlar" (Nil), Rüstəm
İbrahimbəyovun "İstintaq" (Müstəntiq), Nikolay Poqodinin "Kreml saatı" (Lenin), Arif
Süleymanovun "Tufandan əvvəl" (Lenin), Anarın "Sizi deyib gəlmişəm" (Mirzə Cəlil
Məmmədquluzadə), Nahid Hacızadənin "Qisas qiyamətə qalmaz" (Umud) əsərlərinin tamaşalarında
oynayıb.
"Azərbaycanfilm"in istehsal etdiyi kinolentlərindən "Qara daşlar"da Radist Hüseyn,
"Telefonçu qız"da Hüseyn, "Yun şal"da Cəlal, "Sən niyə susursan?"da Milis mayoru, "Sevil"də
Rüstəmov, "Axırıncı aşırım"da Xəlil, "Var olun, qızlar"da Şəmsi, "Xatirələr sahili"ndə Kamran,
"Qızıl qaz"da Fazilov, "Səmt küləyi"ndə Biçeraxov, "Ömrün ilk günü"ndə Mehdi, "Çarvadarların izi
ilə"də Aqil, "Qatır Məmməd"də Səlimov, "Çətirimiz buludlardı" filmində Qədirov, "Dörd bazar
günü"ndə Nicat, "Ürək... ürək..."də Murad, "Dərviş Parisi dağıdır"da Rəşid bəy, "Sevinc buxtası"nda
Əlizadə, "Bayquş gələndə"də Rəşid, "Mən mahnı bəstələyirəm"də Ata, "Qəribə adam"da
("Mosfilm") Arif, "İstintaq"da General, "Anlamaq istəyirəm"də Neftçi Həsən, "Qızıl uçurum"da
Usta Bağır, "Əlavə iz"də Əli, "Qaladan tapılan mücrü"də Qəyyum, "İlıq dənizdə buz parçası"nda
Sərt kişi, "Park"da Mədən müdiri, "Nizami"də Müzəffərəddin, "Gümüşgöl əfsanəsi"ndə Ağazəki,
"Qoca padşahın nağılı"nda Qoca, "Tənha narın nağılı"nda Əli, "İşarəni dənizdən gözləyin"də Baş
nazir, "Şəhərli biçinçilər"də Səlim, "Qəm pəncərəsi"ndə Mirzə Cəlil Məmmədquluzadə, "Gənc
qadının kişisi"ndə Rauf, "Gecə qatarında qətl"də Nağıyev, "Şahid qız"da Polkovnik, "Təhminə"də
Dadaş, "Nakəs"də həbsxana rəisi, "Ailə"də Qoca, "Bu gözəl, gözəl, gözəl dünya"da Müstəntiq,
"Gözlə məni"də Böyük bəy rollarına çəkilib.
Həsən Turabovun kinoda ən parlaq rolları Gəray bəy ("Yeddi oğul istərəm"), Kəbirlinski
("Dantenin yubileyi"), Afşin ("Babək"), Üçgöz Cəfər ("Qorxma, mən səninləyəm"), eyniadlı filmdə
Qaçaq Nəbi, Əsəd ("Bəyin oğurlanması"), Qəzənfər Mamedoviç ("Yaramaz") obrazlarıdır.
Rejissor kimi "Tənha narın nağılı" (Şamil Mahmudbəyovla birgə) və "Atları yəhərləyin"
("Qaçaq Nəbi". Əbdül Mahmudovla birgə) filmlərini çəkib.
Həsən Turabov həssas duyumu, keçmişlə çağdaşlığı, baxanla (tamaşaçı) baxılanı (obraz)
doğmalaşdırmaq məharəti, səmimiyyət yaratmaq istedadı ilə qəhrəman-xarakterin yaşadığı dövrlə
salon arasındakı zaman-məsafə ayırmasını məharətlə dəf edirdi.
Həsən Turabov kiassik faciə rollarında xarakterin psixoloji dərinliyini həm emosional ifadə
vasitələrinin heyrətamiz rəngarəngliyi, həm də sanki tükənməyən texniki vərdiş-fəndləri ilə
tamaşaçılara təqdim edirdi. Belə vəhdətdə obrazın faciəvilik əzəməti daha canlı, daha təsiredici,
düşündürücü, həyəcanlandırıcı ovqat bağışlayırdı.
Həsən Turabov böyük ehtiraslar aktyoru idi, güclü faciə xarakterli sənətkar idi. O, səhnədə
özünün emosional enerjisini qurulmuş yay kimi həmişə tarıma çəkilmiş gərginlikdə saxlamağı
qətiyyətlə bacarırdı.
Həsən Turabov bədii təsvircə mürəkkəb, xaraktercə təzadlı, xasiyyətcə sabit davranış
ölçülərini pozan, bəzən hərzə-hədyan danışmaqdan çəkinməyən, hərdən xudbin, ədalı görünən...
səhnə və ekran rollarında da cəsarətlə insanlıq və həyatsevərlik axtarmağın riskinə gedirdi.
Həsən Turabovun oynadığı rollarda, ictimai mənsubiyyətindən asılı olmayaraq, intim
qılıqlıq, doğma məhrəmlik vardı.
Həsən Turabov böyük bir monoloqun görə bilmədiyi "işi" baxış və hərəkətlə nəzərə çatdırır,
vəziyyətin psixoloji ovqatını iki, üç... planda tamaşaçıya göstərirdi.
Həsən Turabov obrazın psixologiyasındakı ovqat dəyişikiiyini öz oyununda böyük ustalıqla,
heyrətamiz yüngüllüklə, psixoloji dəqiqliklə verə bilirdi. Aktyor bunu "özgələşmə" vərdişlərinin ən
incə vasitələri ilə və heç vəchlə ölçü hissini itirmədən məharətlə icra edirdi.
Həsən Turabov janrından, mövzusundan, dövründən asılı olmayaraq, bəyəndiyi ssenaridə
oynayacağı rolun məqsəd və qayəsinin əsas leytmotivini dəqiq və aydın müəyyənləşdirməyi fəhmlə
duyurdu.
Həsən Turabov o nadir aktyorlardan idi ki, səhnədə öz istedadının arxasında gizlənmək üçün
çoxsaylı zahiri ifadə vasitələrinə güvənmirdi. Onun ali məqsədi həyat hadisələrinin doğurduğu
suallara teatr və ekran dili ilə cavab tapmaqla səciyyələnirdi.
Obrazın psixologiyasındakı ovqat dəyişikiiyini öz oyununda böyük ustalıqla, heyrətamiz
yüngüliüklə, psixoloji dəqiqliklə verə bilirdi. Aktyor bunu "özgələşmə" vərdişlərinin ən incə
vasitələri ilə və heç vaxt ölçü hissini itirmədən məharətlə icra edirdi.
Dostları ilə paylaş: |