Görkəmli komediya aktyorudur, lakin psixoloji və dramatik rolları da məharətlə oynayır.
Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda aktyor ailəsində
doğulub. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm
Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında
dövlət televiziyasının "Yeikən" verilişinin aparıcılarından olub. Müxtəlif dram dərnəklərinə gedib.
Yaşar Nuriyev ADİİ-nin dram və kino aktyorluğu fakültəsini bitirib (1972). Bir il orduda xidmət
edib və institutun tədris teatrında aktyor işləyib. Aktyor 1974-cü il dekabr ayının 1-dən AMDT-nin
truppasında çalışır. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") Komediyasının
tamaşasında Silva rolu olub. Tez bir zamanda truppanın aparıcı aktyorları sırasma daxil olan Yaşar
Nuriyevin aşağıdakı rolları aktyorun zəngin yaradıcılığının əsas səhifələrini təşkil edir.
Aktyor müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında Alışov ("Kəndçi qızı", Mirzə
İbrahimov), Kürd Musa ("Vaqif", Səməd Vurğun), Məşədi Oruc, Sərsəm Salman ("Ölülər" və
"Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Bayandur, Davud ("Büllur sarayda" və "Bizim qəribə
taleyimiz", İlyas Əfəndiyev), Əbdüləli bəy, Altunbay ("Sevil" və "Od gəlini", Cəfər Cabbarlı), Vəzir
Mirzə Həbib ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Odakar ("Böyük Romul",
Fridrix Dürrenmatt), Xanəhməd ("Qızıl teşt", Seyran Səxavət), Molla Nəsrəddin, Polkovnik Əmir,
Namiq ("Sizi deyib gəlmişəm... ", "Səhra yuxuları" və "Şəhərin yay günləri", Anar), İsgəndərzadə,
Şöbə müdiri ("Ah, Paris... Paris!.. " və "Mənim sevimli dəlim", Elçin), Xandəmir ("Afət", Hüseyn
Cavid), Milan ("Biganələr otelində", Rüstəm İbrahimbəyov), Cığatay ("Yağışdan sonra",
Bəxtiyar Vahabzadə), Aktyor ("Həyatm dibində", Maksim Qorki), Conatan Piçem ("Üç quruşluq
opera", Bertolt Brext və Kurt Vayl), Qurbanqulu ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri), Məzarçı
("Hamlet", Vilyam Şekspir) rollarını oynayıb.
Yaşar Nuriyev səhnədə yöndaşları ilə çox səmimidir, səsi, görünüşü ürəyəyatımlıdır. Onun
səmimiyyəti ifa etdiyi səhnə surətlərinin qavranılmasma təkan verir. Əzəmətli aktyordur və bu
əzəmətin mayasında yaradıcı istedad, axtarışlarının təkamülü durduğuna görə o, səhnə boşluqlarmı
təkbaşına məharətlə doldura bilir.
Yaşar Nuriyev cəsarətli aktyordur. Qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq
musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, Komik, qroteskli, Karnaval estetikasma uyğun
obrazların ifasmda qətiyyətlə uğur qazana bilir.
Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.
Respublikanın xalq artistidir (1 mart 1989), Dövlət mükafatı laureatıdır (1984). Aktyor əlliyə
yaxın bədii filmə çəkilib, yüzdən çox televiziya tamaşasında iştirak
edib. İsrafil ("Bəyin oğurlanması"), Mərahim ("Fransız"), Maşallah ("Yaramaz"), Əbdülqəni ("Hər
şey yaxşılığa doğru") filmləri ona başqa ölkələrdə də şöhrət qazandırıb.
* * *
Dostları ilə paylaş: