Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏLİABBAS QƏDİROV (13 FEVRAL 1946)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə182/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   470
 

ƏLİABBAS QƏDİROV (13 FEVRAL 1946) 

 

Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə



psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğundur. Daxilən ehtiraslı  və  hərarətli temperamentə, 

dinamik plastikaya malik aktyordur. 

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda doğulub. ADİİ-nin dram və 

kino aktyorluğu fakültəsini bitirib (1969). Bir il institutun Tədris teatrında işləyib. 1970-ci il aprel 

ayının 6-dan AMDT-nin aktyorudur. 26 dekabr 2001-ci ildə teatra bədii rəhbər və direktor təyin 

olunub. Respublikanın xalq artistidir (17 may 1989). "Sevinc buxtası" filmindəki Nazim roluna görə 

Dövlət mükafatı laureatıdır. Ondan çox bədii filmə çəkilib. 

Aktyorun sənət nailiyyətləri baxımından Kürd Musa ("Vaqif", Səməd Vurğun), Vasif 

("İblis", Hüseyn Cavid), Qlumov ("Müdriklər", Aleksandr Ostrovski), Mirzə Şəfi ("Mənsiz dünya", 

Nəbi Xəzri), Kamran, Həbib, Seyid Hüseyn, Kərim bəy, Mircəfər Bağırov,  İbrahim xan ("Bizim 

qəribə taleyimiz", "Büllur sarayda", "Xurşidbanu Natəvan", "Tənha iydə  ağacı", "Sevgililərin 

cəhənnəmdə vüsalı" və "Hökmdar və  qızı",  İlyas  Əfəndiyev), Qraf Qloster ("Kral Lir", Vilyam 

Şekspir), Tərlan ("Sənsiz",  Şıxəli Qurbanov), Qara xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar 

Vahabzadə), Ənvər, Balaş ("Ədirnə fəthi" və "Sevil", Cəfər Cabbarlı), Diş həkimi ("Biganələr oteli", 

Rüstəm  İbrahimbəyov), Bəhram ("Fitnə", Abdulla Şaiq), Nostradamus ("Hələ "sevirəm" 

deməmişdilər...", Ramiz Novruz) rolları daha uğurlu olub. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin