Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SƏMƏNDƏR RZAYEV (2.1.1945-27.3.1986)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə180/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   470
SƏMƏNDƏR RZAYEV (2.1.1945-27.3.1986) 

 

 

Amansız ölümün səhnədən çox erkən ayırdığı, istedad təşnəsi geniş diapazonlu, qəltanlı və 



gur, cingiltili səsli, həm faciə, həm dram, həm də komediya aktyoru Səməndər Mənsim oğlu Rzayev 

27 mart 1945-ci ildə  Ağsuda doğulub. Aktyorluqla rayondakı dram dərnəyində  məşğul olmağa 

başlayıb. 

Azərbaycan Dövlət Teatr tnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1964- 1968). Sənət 

müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov və başqaları olub. Hələ tələbəliyin 

ilk kurslarından televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilib. Klassik Azərbaycan şairlərinin, 

demək olar, hamısından nümunələr söyləyib. Ömrünün sonunadək radionun "Bulaq" folklor 

toplusunun Bulaq Dədəsi olub. Son kursda oxuyanda Milli Dram Teatrında oynanılan Vilyam 

Şekspirin   "Hamlet" faciəsində Horatsio rolunu ifa edib və aktyor truppasına götürülüb. Tez bir 

zamanda repertuardakı  ən mürəkkəb janrlı tamaşalarda  əsas ifaçıya çevrilən Səməndər Rzayevin 

istedadında "ölçü",  "hədd" yox idi. O, hər tipli personajı asanlıqla özünün yaradıcılıq üslubuna 

uyğunlaşdırırdı. 

Milli və dünya klassiklərindən Hüseyn Cavidin  "Xəyyam" (Xacə Nizam),  "Knyaz" 

(Knyaz),  "İblis" (İbn Yəmin), Mirzə  Fətəli Axundzadənin "Müsyö Jordan və  dərviş  Məstəli  şah" 

(Hatəmxan ağa), Səməd Vurğunun "Vaqif" (Vaqif), "İnsan" (Valentin), Cəlil Məmmədquluzadənin  

"Dəli yığıncağı" (Fazil Küleyni), Cəfər Cabbarlının "Aydın" (Balaxan), Məmməd Səid Ordubadinin 

"Qılınc və  qələm" (Əmir  İnanc), Fridrix Dürrenmattın "Böyük Romul" (Sezar Rupf), Maksim 

Qorkinin   "Meşşanlar" (Bessemenov), Aleksandr Ostrovskinin "Müdriklər" (Qlumov), Sabit  

Rəhmanın "Küləklər" (Kapitan), Raço Stoyanovun "Qısqanc ürəklər" (Usta Dobri), Vilyam 

Şekspirin "Heç nədən hay-küy" (Doqberi), "Fırtına" (Kaliban) pyeslərinin tamaşalarında müxtəlif 

xarakterli rollarda çıxış edib. 

Səməndər Rzayevin yaradıcılığının ikinci əsas qanadını cağdaşımız olan insanların 

xarakterinin ifası  təşkil edir. Bu baxımdan onun Qənimət, Muratov, Vahid ("Məhv olmuş 

gündəliklər", "Qəribə oğlan", "Bağlardan gələn səs", İlyas Əfəndiyev), İkinci Rəşad, Əmir ("İkinci 

səs" və "Fəryad", Bəxtiyar Vahabzadə), Mazar bəy ("Közərən ocaqlar", Mirzə  İbrahimov), Tərlan 

("Sənsiz",  Şıxəli Qurbanov), Bəhram, Xudayar bəy ("Şəhərin yay günləri" və "Sizi deyib 

gəlmişəm", Anar), Eldar ("Sən yanmasan...", Nəbi Xəzri) səhnə obrazları daha nəzərəçarpandır. 

Aktyor "Uşaqlığın son gecəsi", "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin 

oğurlanınası" və digər bədii filmlərdə epizod və aparıcı obrazlara çəkilib. 

Səməndər Rzayev özgələşmə prinsipini səhnədə böyük məharətlə həyata keçirən aktyor idi. 

Səhnədə baş verə biləcək hər hansı gözlənilməz hadisə anında yüksək peşəkarlıqla improvizə edirdi. 

Xırda bir detaldan, adi bir deyim tərzindən yüksək, koloritli xarakter yaratmaq səviyyəsində 

bəhrələnirdi. Son dərəcə yüksək və  əlvan çeşidli səhnə texnikası vardı. Cingiltili, gurultulu və 

ləngərli səsini obrazların xarakterlərinə uyğun tərzdə, möhtəşəm sənətkarlıqla idarə edirdi. 

Aktyorluq texnikasının hüdudları nəhayətsiz idi. 

Səməndər Rzayev Azərbaycan Respublikasının  əməkdar artisti (1 iyun 1974) və  "Şəhərin 

yay günləri" dramındakı  Bəhram Zeynallı roluna görə Dövlət mükafatı laureatı idi (1978). Ağır 

xəstəlikdən 27 mart 1986-cı ildə Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin