AKADEMİK MİLLİ DRAM
TEATRINDA AKTYOR YARADICILIĞI
(1960-2004)
İkinci dərs
HAMLET XANIZADƏ (5.6.1941-23.2.1990)
Yaradıcılığı, əsasən, lirik-psixoloji üslublu aktyor məktəbinin estetikası əsasında formalaşıb.
Mürəkkəb faciə rollarını, ziddiyyətli xarakterə malik romantik-dramatik obrazları da ustalıqla
yaradıb. Tipik epizod rollarda satiranın və tragikomediyanın ifadə vasitələrindən bacarıqla bəhrələnə
bilirdi.
Hamlet Bəbir oğlu Xanızadə 1941-ci il iyunun 5-də Bakıda doğulub. ADTİ-nin dram və kino
aktyorluğu fakültəsini bitirib (1965). Son kursda oxuyanda institutda oynadığı maraqlı rollara görə
onu AMDT-nin aktyor heyətinə qəbul ediblər. Respublikanın əməkdar artisti idi (1982). Hüseyn
Cavidin "İblis" faciəsindəki İblis roluna görə 1984-cü ildə Dövlət mükafatı ilə təltif edilib. İyirmiyə
yaxın bədii filmə çəkilib. "Yeddi oğul istərəm", "Babək" və "Arxadan vurulan zərbə"
kinolentlərindəki Gizir, Xəlifə Mötəsim və İmaş onun ən maraqlı ekran obrazlarıdır.
Hamlet Xanızadə 1986-cı il may ayının 5-də teatrdan çıxaraq Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasma gedib. Aktyorun ifa etdiyi səhnə obrazları içərisində yaradıcılıq
baxımından daha xarekterikləri və daha məzmunluları bunlardır: Həsən Sabbah ("Xəyyam", Hüseyn
Cavid), Nizami ("Atabəylər", Nəriman Həsənzadə), Antonio ("Fırtına", Vilyam Şekspir), ikinci
azarlı, Molla Abbas ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Doktor ("Şöhrət və ya
unudulan adam", Nazim Hikmət), Akop ("Xanuma", Avksenti Saqareli), Vurm ("Məkr və
məhəbbət", Fridrix Şiller), kleş ("Həyatın dibində", Maksim Qorki), Tom ("Şüşə heyvanxana",
Tennessi Uilyams), Doktor Kərim, Fənd Fərəc ("Səhra yuxuları" və "Adamın adamı", Anar),
Müttəhim ("İstintaq", Rüstəm İbrahimbəyov), Don Martin ("Bəşərin komediyası, yaxud Don Juan",
Mirzə İbrahimov), Hüsaməddin ("Qılınc və qələm", Məmməd Səid Ordubadinin eyniadlı əsəri
əsasında işləyəni Tofiq Kazımov), Qacar ("Vaqif", Səməd Vurğun), Kurçayev ("Müdriklər",
Aleksandr Ostrovski), Keyts ("Qızıl", Yucin O'Nil), Qaraçı oğlan ("Canlı meyit", Lev Tolstoy).
Hamlet Xanızadə 23 fevral 1990-cı ildə Bakıda vəfat edib və doğma kəndi Şağanda dəfn
olunub.
Dostları ilə paylaş: |