Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə176/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   470
 

AMALİYA PƏNAHOVA (15 İYUN 1945) 

 

Lirik-psixoloji aktyor məktəbinin ilkin səhnə xadimlərindəndir. İfa etdiyi rollar zərif lirizmi



psixoloji dürüstlüyü, emosionallığı  və  məlahətli cazibədarlığı ilə seçilir. Lirik məhəbbət 

qəhrəmanları ilə yanaşı, dramatik və komik rollarda da oynayıb. Kəskin çalarlı, lakin xarakterik 

mahiyyətli yumorlu obrazı psixoloji tutumuna uyğun tərzdə canlandırır. 

Amaliya Əliş qızı Pənahova 1945-ci il iyun ayının 15-də Gəncədə doğulub. ADTİ-nin dram 

və kino aktyorluğu fakültəsində  təhsil alıb (1962-1966). Üçüncü kursda oxuyanda, 1964-cü ildə 

AMDT-nin baş rejissoru Tofiq Kazımov onu İlyas  Əfəndiyevin "Sən həmişə  mənimləsən" lirik-

psixoloji pyesinin tamaşasında Nargilə obrazına dəvət edib. Baş rolu böyük uğurla ifa edən, 

təcrübəli aktyor Əli Zeynalovla (Həsənzadə) məharətlə yöndaşlıq edən aktrisa ilk çıxışından 

tamaşaçıların rəğbətini qazanıb. Elə həmin il teatrın truppasına aktrisa qəbul olunub. Qısa fasilələrlə 

1992-ci ilə  qədər bu teatrın aparıcı  sənətkarlarından olub. Hazırda Bakı  Bələdiyyə Teatrının bədii 

rəhbəridir. 

Azərbaycan Respublikasının əməkdar artisti (1 iyun 1982) və xalq artisti (30 dekabr 1988) 

fəxri adları ilə təltif olunub. "Mahnı dağlarda qaldı" (İlyas Əfəndiyev) tamaşasındakı Şahnaz roluna 

görə Dövlət mükafatı laureatıdır. Sənətşünaslıq namizədidir (2003). "Azərbaycanfilm" studiyasında 

ondan çox kinolentinə çəkilib. 

Amaliya Pənahova sənətdə ən parlaq qələbələri AMDT-də qazanıb. Onun ifa etdiyi Nərmin, 

Xanım Mahnur, Xurşidbanu Natəvan, Aynur ("Unuda bilmirəm", "Şeyx Xiyabani", "Xurşidbanu 

Natəvan" və "Büllur sarayda", İlyas Əfəndiyev), Ofeliya ("Hamlet", Vilyam Şekspir), Luiza ("Məkr 

və  məhəbbət", Fridrix Şiller), Medeya ("Medeya", Jan Anuy), Anka ("Nazirin xanımı", Branislav 

Nuşiç), Firəngiz ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski), 

Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Reyhan ("Yağışdan sonra", Bəxtiyar   

Vahabzadə), Nigar "Qanlı Nigar", Sadıq  Şendil), Təhminə ("Təhminə  və Zaur", Anar), Zərifə 

("Nişanlı  qız", Sabit Rəhman), Mehri ana ("Gecə döyülən qapılar", Nəbi Xəzri),  Şəlalə ("Yalan", 

Sabit Rəhman) rolları həm aktrisanın, həm də teatrın tarixində mühüm yer tuturlar. 

Milli teatrımızda lirik-psixoloji aktyor məktəbinin poetika göstəricilərini formalaşdıran, onun 

estetik səciyyələrinə zənginlik gətirən aktrisalardan biri də Amaliya Pənahovadır. Aktrisanın ifadə 

vasitələri əlvan və poetikdir. 

 

* * * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin